Keçid linkləri

2024, 29 Mart, Cümə, Bakı vaxtı 13:02

«Mitofsky International» iqtidara qələbə vəd edir


Səs: Real audio
Amerikanın "Mitofsky International" şirkəti seçki günü keçirdiyi "eksit-pol"un [seçki məntəqələrindən çıxışda sorğu] ilkin nəticələrini elan edilib Məlumata görə, hakim Yeni Azərbaycan partiyasının [YAP] artıq 30 üzvü deputatlıq qazanıb, daha 26-sı isə öz dairələrində irəlidədir. Bitərəflərdən 17-si qalib gəlib, daha 21-i isə irəlidədir.



Müsavat partiyası cəmi 1 yer qazanıb, üç müsavatçı isə irəlidədir.



Xalq Cəbhəsi partiyasından 1 namizəd qalib gəlib, daha 5-i irəlidədir.



Demokrat partiyası cəmi 1 yer udub, daha bir namizədinin şansı var.
XS
SM
MD
LG