Keçid linkləri

2024, 07 Dekabr, şənbə, Bakı vaxtı 16:39

MSK-nın fövqəladə iclası keçirildi


Səs: Real audio
Toplantının noyabrın 7-də davam edəcəyi gözlənilir Noyabrın 6-ı axşam saatlarında Mərkəzi Seçki Komissiyasının (MSK) fövqəladə iclası keçirilib. Toplantı qurumun müxalifətdən olan beş üzvünün - Vidadi Mahmudlu, Ənvər Əliyev, Yusif Bağırzadə, Munisə Bayramova və Arzuman Əlizadənin təşəbbüsü ilə çağırılıb. İclasda seçkidə baş verən qanun pozuntuları ilə bağlı məsələ müzakirə edilib.



MSK katibi Ənvər Əliyevin "Azadlıq" radiosuna verdiyi məlumata görə, toplantı bəzi faktları araşdırmaq üçün noyabrın 7-nə təxirə salınıb.



Seçki Məcəlləsinin müvafiq normalarına əsasən MSK-nın 15 üzvündən 5-nin təklifilə növbədənkənar yığıncaq çağırıla və təklif olunan məsələ müzakirə oluna bilər.
XS
SM
MD
LG