Keçid linkləri

2024, 19 Aprel, Cümə, Bakı vaxtı 04:45

Müxalifət seçkinin nəticələrini tanımadığını bildirir


Səs: Real audio
Pənah Hüseyn: «Bu, Azərbaycanın seçki tarixində ən şəffaf saxtakarlıqla keçirilmiş seçkidir» «Bu, Azərbaycanın seçki tarixində ən şəffaf saxtakarlıqla keçirilmiş seçkidir». Bunu Müsavat, Demokrat və Xalq Cəhbəsi partiyalarının daxil olduğu «Azadlıq» seçki blokunun Mərkəzi Seçki Qərargahının sədri Pənah Hüseyn deyir. Onun sözlərinə görə, saat 19:00-a olan məlumata görə, bloka saxtakarlıqlarla bağlı 21 mindən çox şikayət daxil olub: «Seçki məntəqələri bağlandıqdan sonra isə bu saxtakarlıqlar kütləvi xarakter alıb».



Müsavat Partiyasının başqanı İsa Qəmbər isə deyir ki, onlar seçkinin saxtakarlıqla keçəcəyini əvvəlcədən gözləyirmişlər: «Biz bu seçkinin nəticələrini tanımırıq və mübarizəni axıra qədər davam etdirəcəyik».



Xalq Cəhbəsi Partiyasının sədri Əli Kərimli isə «bu seçki Azərbaycan xalqının iradəsini əks etdirmir» - deyir.
XS
SM
MD
LG