Keçid linkləri

Təcili xəbərlər
2021, 28 İyul, çərşənbə, Bakı vaxtı 11:53

Səsvermə qutusu yoxa çıxıb


Səs: Real audio
37 saylı Nizami seçki dairəsinin 8 saylı məntəqə sədrinin otağından 140 kəsilmiş bülleten aşkar edilib 125 saylı Zəngilan –Qubadlı seçki dairəsinin 1-2 saylı məntəqəsində səsvermə qutusu yoxa çıxıb. Bu haqda Mərkəzi Seçki Komissiyası (MSK) nəzdində «Seçkilər» İnformasiya Mərkəzinin rəhbəri İqbal Babayev məlumat verib. O, MSK-nın hazırda bu barədə daxil olmuş şikayəti araşdırdığını bildirib.



Cənab Babayev seçki məntəqələrində baş vermiş digər pozuntular barədə onlara müraciət daxil olmadığını da söyləyib.



37 saylı Nizami seçki dairəsinin 8 saylı məntəqəsində isə məntəqə sədrinin otağından 140 kəsilmiş bülleten aşkar edilib. Fakt aktlaşdırılıb. Polis çağırıldığından məntəqənin fəaliyyəti bir saatdan çox dayandırılıb.
XS
SM
MD
LG