Keçid linkləri

2024, 09 Dekabr, Bazar ertəsi, Bakı vaxtı 11:10

Seçkidə 1541 deputatlığa namizəd iştirak edəcək


Səs: Real audio
Məzahir Pənahov «rəngli inqilab»ın baş verə biləcəyini istisna edir Son məlumatlara görə, parlament seçkisində 1541 deputatlığa namizəd iştirak edəcək.



Bu haqda məlumatı Mərkəzi Seçki Komissiyasının (MSK) sədri Məzahir Pənahov noyabrın 5-də keçirdiyi mətbuat konfransında verdi. Onun sözlərinə görə, təxminən hər dairə üzrə 12 namizəd mübarizə aparacaq.



Cənab Pənahov deyir ki, indiyə qədər seçkini izləmək üçün 1586 beynəlxalq, 17 minə yaxın yerli, 40 minə yaxın isə ancaq dairələrdə monitorinq aparacaq mühaşidəçi qeydiyyatdan keçib.



MSK sədri 80-ə yaxın xarici mətbuat nümayəndəsinin seçkini işıqlandıracağını bildirir.



Məzahir Pənahov «rəngli inqilab»ın baş verə biləcəyi ilə bağlı suala cavab verərək bildirdi ki, mövcud vəziyyət hər hansı qeyri-stabilliyi istisna edir.
XS
SM
MD
LG