Keçid linkləri

2024, 02 May, Cümə axşamı, Bakı vaxtı 02:05

ABŞ bir daha hökuməti azad və ədalətli seçki keçirməyə çağırır<p align=`left`><br><br>


Səs: Real audio
«Xalqın azad iradəsini bildirməsi Azərbaycanın gələcəyi və Amerika-Azərbaycan münasibətlərinin möhkəmləndirilməsi üçün çox mühümdür» ABŞ bir daha Azərbaycan hökumətini azad və ədalətli seçkilər keçirməyə çağırıb. Dövlət Departamentinin noyabrın 4-də yayılan bəyanatında bildirilir ki, parlament seçkisi Azərbaycan hökumətinə beynəlxalq standartlara cavab verən kampaniyanın keçirilməsi üçün imkan verir. Sənəddə qeyd olunur ki, belə bir seçkilər yolu ilə xalqın azad iradəsini bildirməsi Azərbaycanın gələcəyi və Amerika-Azərbaycan münasibətlərinin möhkəmləndirilməsi üçün çox mühümdür. Bəyanatda daha sonra deyilir ki, dinc toplaşmaq azadlığı demokratik seçki prosesinin tərkib hissəsidir.



ABŞ Azərbaycan xalqını seçkidə dinc iştiraka və İlham Əliyevin oktyabrın 25-də verdiyi sərəncamın, o cümlədən sərbəst toplaşmaq azadlığının təmin olunması və yerli hakimiyyət dairələrinin seçki prosesinə müdaxiləsini qadağan edən tələblərin icrasına çağırır.



ABŞ Dövlət Departamentinin rəsmisi Şon Makkormak Vaşinqtonda keçirdiyi brifinqdə bildirib ki, Birləşmiş Ştatlar yekun qiyməti seçkidən sonra verəcək. Seçki prosesində müsbət və mənfi proseslərin olduğunu xatırladan cənab Makkormak bəyan edib ki, İlham Əliyevin azad toplaşmaq hüququna riayət edəcəyi barədə vədlərinə əməl etməsi mühümdür.
XS
SM
MD
LG