Keçid linkləri

2024, 18 Aprel, Cümə axşamı, Bakı vaxtı 14:22

İsa Qəmbər: «Kütləvi saxtakarlıqlar olsa, davamlı aksiyalar keçirəcəyik»<p align=`left`><br><br>


Səs: Real audio
Müsavat Partiyasının başqanı «bizim heç vaxt inqilab ssenarimiz olmayıb» - deyir «Əgər seçkidə kütləvi saxtakarlıqlar olsa, davamlı aksiyalar keçirəcəyik». Bunu «Azadlıq» seçki blokuna daxil olan Müsavat Partiyasının başqanı İsa Qəmbər noyabrın 3-də keçirdiyi mətbuat konfransında bildirdi. Onun sözlərinə görə, artıq blokun adından Bakı Şəhər İcra Hakimiyyətinə noyabrın 8-də metronun «20 Yanvar» stansiyasından keçmiş «Qələbə» kinoteatrının qarşısınacan yürüş-mitinq keçirilməsi ilə bağlı müraciət hazırlanıb. Blok noyabrın 9-u və 10-da da eyni marşrut üzrə kütləvi aksiyalar keçirməyi planlaşdırır. Amma cənab Qəmbər onu da deyir ki, əgər seçki ədalətli olarsa, bu planlara dəyişiklik edilə bilər.



Müsavat Partiyasının başqanı bildirir ki, «Azadlıq» blokunun hakimiyyətin demokratik seçki keçirmək niyyətinin olmasına şübhəsi var. Amma bununla belə, o, bütün hallarda zorakılığa aparan hər hansı bir vasitədən çəkinəcəklərini, hüquqi çərçivədə mübarizə aparacaqlarını söyləyir: «Bizim heç vaxt inqilab ssenarimiz olmayıb».



Bloka daxil olan AXCP sədri Əli Kərimli isə deyir ki, seçki kampaniyası zamanı onların fəaliyyətinə məhdudiyyətlər yaradılıb. İnzibati orqanlar hakim Yeni Azərbaycan Partiyasının namizədlərini dəstəkləyiblər. Amma onun sözlərinə görə, bütün bunlara baxmayaraq, blok seçkidə qalib gələcəyinə əmindir. Əli Kərimlinin iddiasına əsasən «Azadlıq» bloku parlamentdəki 125 deputat yerindən 75-nə sahib olmaq imkanındadır.



Müsavat Partiyasının başqanı İsa Qəmbər isə səsvermə gününün ertəsi «Azadlıq» blokunun silahlı qiyama hazırlaşması barədə iqtidar nümayəndələrinin söylədiklərini təkzib edir. Onun sözlərinə görə, noyabrın 7-də heç bir kütləvi aksiya keçirməyi planlaşdırmırlar, həmin gün yalnız səsvermə protokollarının toplanması işilə məşğul olacaqlar.



Müxtəlif vaxtlarda Daxili İşlər naziri Raimil Usubov və Prezident Aparatı İctimai-Siyasi Şöbənin sədri Əli Həsənov müxalifətin parlament seçkisini uduzacağı təqdirdə silahlı qiyam edəcəyi barədə onlarda məlumatlar olduğunu açıqlayıblar.
XS
SM
MD
LG