Səs: Real audio
Müsəlmanlar fitrə verməli, yəni imkansızlara yardım etməlidirlər Müsəlman təqviminə görə, bu il Ramazan ayı noyabrın 3-də başa çatır. Noyabrın 4-də isə Orucluq bayramı qeyd edilir. Dini qaydalara görə, Ramazan ayının sonuncu günü müsəlmanlar fitrə verməli, yəni imkansızlara yardım etməlidirlər.
İslam dinində müqəddəs sayılan Ramazan ayında müsəlmanlar pəhriz saxlayırlar. Bu aya onlar «ağlın nəfsə qalib gəldiyi ay» da deyirlər. Bakıdakı «Təzə Pir» məscidinin axundu Hacı Faiz Nağızadə bildirir ki, hər bir ailə öz üzvlərinin sayına uyğun olaraq adambaşına üç kiloqram çəkisində fitrə verməlidir. Axund deyir ki, fitrə buğda və ya başqa ərzaq məhsulu da ola bilər, həmin ərzağın pulu da. Fitrənin dəyəri isə fitrə verənin maddi imkanlarından asılıdır:
«Dini qaydalara görə, gündəlik çörək pulunu qazana bilməyən şəxsin fitrə verməsi vacib deyil. Fitrə bayram axşamı iftar vaxtı verilməli, ən geci ertəsi gün səhər bayram namazına qədər ehtiyacı olanlara çatdırılmalıdır ki, onlar həmin pulla, yaxud ərzaqla bayram keçirə bilsinlər».
Bu il Ramazan ayı oktyabrın 5-də başlanmışdı. Noyabrın 4-ü - Orucluq bayramı günü Azərbaycanda rəsmi iş günü deyil. Ramazan baryamı Azərbaycanda dini azadlıqların olmadığı Sovetlər Birliyi dağılandan sonra yenidən geniş qeyd edilməyə başlayıb.