Keçid linkləri

2024, 18 Aprel, Cümə axşamı, Bakı vaxtı 14:50

ABŞ səfiri silahlı qiyama dəlalət edən kifayət qədər sübut görmür<p align=`left`><br><br>


Səs: Real audio
Rino Harnişin sözlərinə görə, prezidentin 25 oktyabr sərəncamı düzgün icra olunduğu halda, bir sıra narahatlıq doğuran məsələlər aradan qaldırıla bilər ABŞ-ın Azərbaycandakı səfiri Rino Harniş noyabrın 2-də bir daha təkrar etdi ki, o, Azərbaycanda silahlı qiyama dəlalət edən kifayət qədər sübut görmür. Bu barədə cənab Harniş ilk dəfə «Nyu-York Tayms» qəzetinə müsahibəsində bildirmişdi: «Mənin demək istədiyim o idi ki, bizdə silahlı qiyama dəlalət edən kifayət qədər dəlil yoxdur. Bizə yalnız bir neçə köhnəlmiş silahların kadrları göstərilib. Ona görə də bu ittiham barədə bir nəticəyə gəlmək üçün yetərli məlumata malik deyilik».



Son bir heçə həftədə Azərbaycanın hüquq-mühafizə orqanları ondan çox vəzifəli şəxsi müxalifət qüvvələri ilə əlbir olaraq ölkədə dövlət çevrilişinə cəhddə ittiham edərək həbs edib.



Amerikalı diplomat bildirir ki, səfirlik bir sıra şəxslərə qarşı irəli sürülmüş dövlət çevrilişi ittihamları ilə bağlı əlavə informasiya toplayır. O, eyni zamanda rəsmi Bakiya bu işlə bağlı araşdırmanı Azərbaycan qanunlarına və beynəlxaq normalara uyğun tərzdə aparmağı tövsiyə edir.



R.Harniş prezident İlham Əliyevin parlament seçkisinə dair oktyabrın 25-də imzaladığı sərancamı müsbət addım kimi dəyərləndirdi. Səfirin sözlərinə görə, bu sənəd düzgün icra olunduğu halda, bir sıra narahatlıq doğuran məsələlər aradan qaldırıla bilər. Narahatçılıq əsasən təkrar səsvermənin qarşısının alınması və seşki pozuntularının cəzalandırılması ilə bağlıdır.



Rino Harniş: «Hələ də həll olunmalı bir sıra məsələlər var və ümid edirəm ki, hökümət onlarla məşğul olacaq. Prezidentin verdiyi bəyanatlara baxmayaraq, icra hakimiyyətləri namizədlərə və onların ailələrinə təzyiq göstərirlər. Bu faktlar tədqiq olunmalıdır».



ABŞ səfiri iqtidarı və müxalifətdəki «Azadlıq» seçki blokunu kütləvi aksiyaların yeri barədə razılığa gəlməyə çağırdı. Baki Şəhər İcra Hakimiyyəti adıgedən blokun noyabrın 4-də Respublika Stadionunda mitinq-konsertin keçirilməsiylə bağlı müraciətinə rədd cavabı verib. Meriya tədbir üçün şəhərin mərkəzindən kənarda bir neçə yer təklif edib. Səfir Harniş kütləvi tədbirlərin keçirilmə yeri ilə bağlı mübahisələri «həlli mümkün olan bir məsələ» adlandırdı.



«Azadlıq» radiosunun «İqtidar azad və ədalətli seçkinin keçirilməsi üçün kifayət qədər siyasi iradə nümayiş etdirirmi» sualına, ABŞ səfiri cavab verdi ki, bu barədə noyabrın 7-də, ATƏT müşahidəçilərinin seçki ilə bağlı verəcəkləri yekun rəydən sonra nəticə çıxarmaq mümkün olacaq.
XS
SM
MD
LG