Səs: Real audio
"Güc strukturları siyasi partiya bloklarının və deputatlığa namizədlərin müəyyən olunmuş yerlərdə keçirdikləri tədbirlər və seçkiqabağı təşviqat zamanı qanun pozuntuları və təxribatlara yol verməyib" MTN, DİN və Respublika Prokurorluğunun noyabrın 1-də yaydığı birgə açıqlamada son günlər beynəlxalq təşkilatların Azərbaycanda seçkiqabağı vəziyyətlə bağlı açıqladıqları hesabat və rəylərdəki fikirlərə bildirilən münasibətdə belə deyilir.
Sənəddə bildirilir ki, siyasi partiyalara və bloklarına və deputatlığa namizədlərə seçkiqabağı təşviqatın aparılması məqsədilə bütün zəruri şərait yaradılıb. Məlumatda o da bildirilir ki, oktyabrın 31-ə qədər seçicilərlə keçirilən 22704 görüşdən 5566-ı müxalifət təmsilçilərinin, 8323-ü iqtidar namizədlərinin, 8815-i isə bitərəf namizədlərin iştirakı ilə baş tutub.
Ölkənin güc strukturları israr edirlər ki, "Azadlıq" seçki blokuna daxil olan Müsavat, Xalq Cəbhəsi və Demokrat partiyaları icazəsiz aksiyalar keçirərkən polis əməkdaşlarına müqavimət göstəriblər və zorakılıq hallarına yol veriblər. Hadisələr zamanı 35 polis əməkdaşına müxtəlif dərəcəli bədən xəsarətləri yetirildiyi də məlumatda öz əksini tapır.
Güc strukturları bəyan edirlər ki, bundan sonra Azərbaycanda ictimai asayişin pozulması, ölkədə vətəndaş qarşıdurması və iğtişaşlar törədilməsinə yönəlik bütün hərəkətlərin qarşısı qanunvericilikdə nəzərdə tutulan yolla alınacaq.