Keçid linkləri

2024, 19 Aprel, Cümə, Bakı vaxtı 03:11

Daha bir qrup keçmiş məmur və elm adamına ittiham irəli sürüldü


Səs: Real audio
MTN, DİN və Respublika Prokurorluğu bir qrup keçmiş məmur və elm adamlarına qarşı qaldırılan cinayət işinin gedişinə dair xüsusi məlumat yayıb Məlumatda bildirilir ki, dövlət çevrilişinə cəhddə şübhəli bilinən keçmiş maliyyə naziri Fikrət Yusifov ifadələrində eks-spiker Rəsul Quliyevin tapşırığı ilə Azərbaycanda hakimiyyətin zorla ələ keçirilməsi, kütləvi iğtişaşların törədilməsi məqsədi ilə müxtəlif vaxtlarda ayrı-ayrı şəxslərdən, o cümlədən sabiq səhiyyə naziri Əli İnsanov və "Azərikimya" Dövlət Şirkətinin sabiq prezidenti Fikrət Sadıqovdan pul aldığını, həmin vəsaitlərdən də ümumən 305 min ABŞ dollarını Milli Elmlər Akademiyasının sabiq prezidenti Eldar Salayevə verdiyini bildirib.



Məlumatda bildirilir ki, akademik Eldar Salayevin iş otağında aparılan axtarışda onun baş verənlərdə iştirakını təsdiqləyən sübutlar aşkar olunaraq götürülüb. Eldar Salayevə, həmçinin Gəncə şəhər Polis İdarəsinin sabiq rəisi Natiq Əfəndiyevə kütləvi iğtişaşa hazırlıq, qanunsuz odlu silah əldə etmə və hakimiyyəti zorla ələ keçirmə və ya onu zorla saxlama maddələri ilə ittiham irəli sürülüb.



İstintaqın sabiq iqtisadi inkişaf naziri Fərhad Əliyevin yaxın adamları saydığı İsmayıl Mənsimov və Rəhman Lətifov da yuxarıda sadalanan maddələr üzrə ittiham olunurlar.



Başlanmış cinayət işi üzrə indiyədək ümumilikdə 12 nəfər həbs edilib. Hazırda cinayət işi üzrə zəruri istintaq hərəkətləri və əməliyyat-axtarış tədbirləri davam etdirilir.
XS
SM
MD
LG