Keçid linkləri

2024, 27 İyul, şənbə, Bakı vaxtı 05:57

«Mütəşəkkil oğurluq»


Səs: Real audio
Ayrıca, vətəndaşlar seçici vəsiqəsi olmadan da səs verə bilərlər "Associated Press": "Azərbaycanda korrupsiya, himayədarlıq dəhşətli dərəcədə geniş yayılıb"



Neftlə zəngin olan Azərbaycan BMT-nin 2005-ci il İnsan İnkişafı İndeksində 177 ölkə arasında 101-cidir. Daha dəqiq desək, təbii resurslardan korluq çəkən qonşularından – Ermənistan və Gürcüstandan da geridədir.



Adının çəkilməsini istəməyən bir Qərb diplomatı Azərbaycan oliqarxlarının biznesini "mütəşəkkil oğurluq" adlandırır.



Bunlar "Associated Press"in Azərbaycana həsr etdiyi yazıdandır. Məqalə müəllifi Henri Meyer ölkədə seçkiqabağı iqtisadi duruma nəzər salır, yazır ki, Bakıda bahalı tikililər və Qərbin tanınmış ticarət nişanı olan dükanlar olsa da, bəzi bölgələrdə heç su yoxdur, yollar bərbaddır. Bir sözlə, Azərbaycan yoxsuldur və buna səbəb monopoliyadır.



Müəllif deyir ki, Azərbaycanda ticarətə, qeyri-neft sektoruna klanlara nəxsus dövlət şirkətləri nəzarət edir, başqa biznesləri boğurlar. Tənqidçilərin fikrincə, Azərbaycan tezliklə sosial hərc-mərcliklə üzləşə bilər.



Məqalədə bildirilir ki, İqtisadi İnkişaf Nazirliyi korrupsiyanın problem olduğunu etiraf edir, problemin həllinə çalışdıqlarını deyir. Amma 1999-cu ildə ölkənin əsas sement zavodunu alan İsveçrənin "Holcim Group" şirkəti başqa şey deyir.



Şirkətin meneceri Uve Köhlerin sözlərinə görə, onların filialı olan "Qaradağ Sement" prezidentin əmisinin şirkətiylə müqavilə bağlamaqdan imtina etdiyinə görə xammal üçün vacib mənbədən məhrum olub. Bu il isə Vergilər Nazirliyi şirkətin borclu olduğunu bildirərək "Qaradağ Sement"dən 3.5 milyon dollardan çox pul istəyib.



Vergilər Nazirliyi isə "Qaradağ Sement"ə qarşı sanksiyaların ədalətli olduğunu bildirir.



Cənab Köhler "Associated Press"ə müsahibəsində deyib ki, Azərbaycanda korrupsiya, himayədarlıq dəhşətli dərəcədə geniş yayılıb. Bu isə hökumətin xaricdə danışdıqlarının əksinədir.
XS
SM
MD
LG