Keçid linkləri

2024, 23 Aprel, çərşənbə axşamı, Bakı vaxtı 18:57
Rubrikalar

«Şimal-Şərq» layihəsi təsdiq olundu


Səs: Real audio
«Məqsəd isə kütləvi etiraz aksiyaları, itaətsizliklə nəticələnə biləcək seçki saxtakarlığı iddialarının qarşısını almaqdır» - Prezident İlham Əliyevin oktyabrın 31-də verdiyi fərmanla yabanı dərman bitkiləri xammalının yığılması lisenziyalaşdırılan sahəyə çevrilir. Bunun üçün Ekologiya və Təbii Sərvətlər Nazirliyindən lisenziya almaq tələb olunur.



Fərman imzalandığı gündən qüvvəyə minir.



- Noyabr ayında Azərbaycan Supsa limanından 500 min ton neft ixrac edəcək. Bu limandan hər biri 80 min ton olan 5 tanker partiyası və 135 min tonluq 1 tanker yola salınacaq.



- Azərbaycan Respublikası və Kənd Təsərrüfatının İnkişafı üzrə Beynəlxalq Fond [IFAD] arasında kredit sazişi – "Şimal-Şərq İnkişaf Layihəsi" təsdiq olunub.



Abşeron, Xızı, Siyəzən və Dəvəçidə beş il ərzində həyata keçiriləcək Şimal-Şərq layihəsi bu rayonlarda suvarma kanalları, arx və boru sisteminin bərpası, yaxşılaşdırılması və sonradan Su İstifadəçiləri Assosiasiyasına verilməsini nəzərdə tutur.



Güzəştli şərtlərlə verilən kreditin ölçüsü 12 milyon dollardır. Layihənin ümumi dəyəri isə 25 milyon 148 min dollardır. IFAD-dan başqa layihə Azərbaycan hökuməti və OPEK tərəfindən maliyyələşəcək.



- Noyabrın 1-də Milli Bankdan verilən məlumata görə, 1 ABŞ dolları 4 597, 1 avro 5 506, 1 rubl isə 160 manatdır.
XS
SM
MD
LG