Keçid linkləri

2024, 18 Aprel, Cümə axşamı, Bakı vaxtı 21:05

«Qorxan gözə çöp düşər»


Səs: Real audio
AXCP sədrinin müavini Həsən Kərimov: «Ya icazəsiz aksiya keçiriləcək, ya da meriyanı razı salmaq üçün təkrar danışıqlara gediləcək» Namizədlərin təzyiqlərə qarşı davamlılığı yox dərəcəsindədir



Seçkilərə hazırlığın vəziyyətilə məşğul olan QHT-lər və namizədlərin özləri ilə söhbətlərdən məlum olur ki, namizədliyin geri götürülməsi üçün təzyiqlər müxtəlif formalarda olur.



Əgər onların bir qisminə müəyyən adamlar vasitəsilə, telefon zəngləri ilə seçkidən kənar fəaliyyəti dövründə hansısa qeyri–qanununi hərəkətlər etdiyi, namizədliyini geri götürməsə, həmin məqamın ona qarşı istifadə ediləcəyi xatırlanırsa, digərlərinə yaxınlarının işdən kənarlaşdırılacağı və sair hadisələrin baş verəcəyi bildirilir.



20 saylı Nərimanov rayon ikinci seçki dairəsindən deputatlığa namizəd Barat Nuriyev də namizədlərə təzyiqlər olduğunu deyir. Onun sözlərinə görə, hazırda icra strukturları namizədləri çağırıb işdən çıxarma və digər formalarda təzyiqlər göstərərək namizədliklərini kimlərinsə xeyrinə geri götürməyi təklif edirlər.



Canab Nuriyev özünə qarşı da belə cəhdlərin baş verdiyini bildirir və deyir ki, hatta iş yerindən də namizədliyini geri götürməsi ilə bağlı ona müraciət edilib.



Barat Nuriyevin fikrincə, namizədlərə belə təzyiqlər prezident İlham Əliyevin 25 oktyabr sərəncamından sonra başlayıb. Həmin sərəncamdan sonra prezidentin ətrafındakı adamlar bütün icra strukturlarına müvafiq göstərişlər veriblər. O deyir ki, əgər belə olmasaydı, bir çoxları – özü də normal mübarizə aparmış adamlar oktyabrın 26-da, yəni məhz sonrakı gün öz namizədliklərini geri götürməzdilər.



Seçki Monitorinq Mərkəzinin icraçı direktoru Anar Məmmədlinin isə dediklərindən belə çıxır ki, inadkar namizədlərin bir qismi "sözə baxmama"larının zərərini qısa bir zamanda görürlər. Belə ki, onların namizədliyini dairə seçki komissiyaları özü ləğv edir. Səbəb isə müxtəlif olur.



Namizədliyi ləğv edilən şəxslərin indiyə qədərki təbliğat–təşviqat işini nəzərdən keçirəndə aydın olur ki, onlar öz dairələrində fəallığı, eləcə də seçicilərin diqqətini cəlbetmə baxımından fərqlənirlər. Elə buna görə də belələri özləri ilə bağlı çıxarılan qərarı çaşqınlıqla qarşılayırar.



85 saylı Şamaxı seçki dairəsindən deputatlığa namizədliyi ləğv edilmiş Abbas Atakişi baş verənlərin ciddi qanun pozuntusu olduğunu bildirir. O, məhz təbliğat-təşviqat işlərinin pis getmədiyi, minlərlə seçicinin onu dəstəklədiyi bir vaxtda bu hadisə ilə üzləşdiyini deyir. Onun sözlərinə görə, bu günlərdə həmin dairədən dörd nəfər öz namizədliyini onun xeyrinə geri götürüb. Ancaq icra hakimiyyəti həmin adamlara bu addımı atmamaları üçün təzyiqlər göstərib, seçicilərə isə nahaq əziyyət çəkməmələrini, Abbas Atakişinin onsuz da seçilməyəcəyini bildirib.



Məsələni dəqiqləşdirmək üçün Şamaxı rayon İcra Hakimiyyəti ilə əlaqə saxlasaq da, başçının, onun müavinlərinin və köməkçisinin yerində olmadığını bildirdilər.



Deputatlığa namizəd Barat Nuriyevin fikrincə isə, bu təzyiqlərdən təkcə inadkarlıq göstərənlərin özləri yox, onların yaxınları da zərər çəkəcəklər. Xüsusilə də seçkidən sonra onların qohumlarının işdən çıxarılma və digər xoşagəlməz hallarla üzləşmə ehtimalları böyükdür.



Namizədlərin təzyiqlərə qarşı davamlılığı yox dərəcəsindədir. Bu cür problemlə qarşılaşanların əksəriyyəti ümidlərini Apellyasiya Məhkəməsinə bağlayırlar. Özlərinin dediyi kimi, MSK bu işdə onlara heç bir yardım göstərə bilmir.



Barat Nuriyev deyir ki, seçkiyə hazırlıq prosesində baş verən qanun pozuntusu ilə bağlı hara müraciət etsən, heç bir
XS
SM
MD
LG