Səs: Real audio
AXCP sədrinin müavini Həsən Kərimov: «Ya icazəsiz aksiya keçiriləcək, ya da meriyanı razı salmaq üçün təkrar danışıqlara gediləcək» Özünü rejissor kimi sınamaq istəyən tələbələr İkinci "Start" Film Festivalında iştirak edə bilərlər. Festivalı Gənclər, İdman və Turizm Nazirliyi və "Sinema" Araşdırma Mərkəzi təşkil edir.
Festivalın təşkilatçılarından olan Aygün Aslanovanın sözlərinə görə, əsas məqsəd milli kinoda gənc nəslin səviyyəsini müəyyənləşdirmək, onların hansı mövzulara daha çox üstünlük verdiklərini, üzləşdikləri problemləri öyrənməkdir. Festivala tələbə olan hər bir kəs qatıla bilər:
"Tələbə olan hamı müraciət edə bilər, hansı universitetin tələbəsi olmasının fərqi yoxdur. Mütləq kino sahəsi ilə məşğul olması vacib deyil. Janr, vaxt və mövzu məhdudiyyəti yoxdur".
Aygün Aslanova festival çərçivəsində müsabiqə də keçiriləcəyini deyir. "Ən yaxşı film"in baş mükafatçısına 1 milyon 500 min, 1-ci yerin sahibinə 1 milyon, 2-ci yerə görə isə 500 min manat veriləcək. Bundan əlavə, qaliblərdən biri peşəkar avadanlıqlarla film çəkmək imkanı qazanacaq.
Festivalda iştirak etmək istəyən tələbələr anket forması və filmlərindən ibarət sənədləri noyabrın 15-dək "Kino+" qəzetinin redaksiyasına təqdim etməlidirlər. Noyabrın son ongünlüyündə keçiriləcək festival bütün tamaşaçılar üçün də açıq olacaq.