Keçid linkləri

2024, 22 Oktyabr, çərşənbə axşamı, Bakı vaxtı 20:00
Rubrikalar

Vaqif Sadıqov əcnəbi məşqçi tərəfdarıdır


Səs: Real audio
AXCP sədrinin müavini Həsən Kərimov: «Ya icazəsiz aksiya keçiriləcək, ya da meriyanı razı salmaq üçün təkrar danışıqlara gediləcək» - Azərbaycan futbol yığmasının baş məşqçisi Vaqif Sadıqovun Azərbaycan Futbol Federasiyaları Assosiasiyası [AFFA] ilə bağladığı müqavilənin müddəti oktyabrın 31-də başa çatır.



Yığma komandaya yenidən baş məşqçilik etmək fikrində olmadığını deyən cənab Sadıqov hesab edir ki, bu gün Azərbaycan futbolunda yeni fəlsəfəyə, yeni nəfəsə ehtiyac var. Bu yeniliyi də Azərbaycana əcnəbi məşqçi gətirə bilər.



Vaqif Sadıqovdan əvvəl Azərbaycan yığmasının baş məşqçisi braziliyalı Karlos Alberto Torres olub.



AFFA-da isə kimin baş məşqçi olacağı barədə konkret fikir yoxdur.



- "Neftçi" komandasının qadın bədii gimnastları Tokioda klublararası çempionatda 20 komanda arasında 5-ci yer tutublar. Azərbaycanlı gimnastlar – Dinara Gimatova, Anna Qurbanova və Zeynəb Cavadlı ümumi hesabda 77.75 xal toplayıblar.



Azərbaycan gimnastları növbəti dəfə özlərini noyabrın 3-7-də Özbəkistanın paytaxtı Daşkənddə keçiriləcək Dünya Kuboku mərhələsində sınayacaqlar. Yarışlarda ötən ilin gümüş və bürünc mükafatçısı Anna Qurbanova və Dinarə Gimatova iştirak edəcəklər.



- Noyabrın 4-də Moldovanın paytaxtı Kişinyovda karatenin "iriqumu-qo" [sərt döyüş] qaydası üzrə yeniyetmələr, gənclər və kişilər arasında növbəti dünya çempionatı başlayacaq. 20-dən çox ölkədən 1500-dək idmançının mübarizə aparacağı yarışlarda Azərbaycanı beş idmançı təmsil edəcək. Yarışlar noyabrın 6-dək davam edəcək.
XS
SM
MD
LG