Səs: Real audio
MSK barmaqların mürəkkəblə işarələnməsi haqda təlimat qəbul etdi «Panorama»nın bu dəfə qonaqları Yeni Azərbaycan partiyası [YAP] Siyasi Şurasının üzvü, deputatlığa namizəd Səyyad Aran və deputatlığa namizəd Rauf Mirqədirovdur. Ötən verilişlərdə olduğu kimi söhbətdə «Azərbaycan» qəzetindən Samir Elmanoğlu, «Zerkalo» qəzetindən isə Azər Rəşidoğlu da iştirak edir. Söhbətdə «Seçkilərin hazırlanması və keçirilməsi ilə bağlı təxirəsalınmaz tədbirlər haqqında» prezidentin imzaladığı sərəncamdan bəhs edilir.
YAP Siyasi Şurasının üzvü Səyyad Aran deyir ki, barmağın görünməyən mürəkkəblə işərələnməsi və eləcə də xaricidən maliyyələşən qeyri-hökumət təşkilatlarının müşahidəçiliyinə qadağaların götürülməsi seçkilərin daha da demokratik keçirilməsinə xidmət edəcək.
Rauf Mirqədirov isə bildirir ki, sərəncam bir qədər yubadıldığından xaricidən maliyyələşən qeyri-hökumət təşkilatları bundan tam yararlana bilməyəcək. Onun sözlərinə görə, prezident yenə də icra surukturlarının seçkiyə müdəxiləsini pisləsə də, bu istiqamətdə əməli addımlar atılmadığından sərəncamın elə də real nəticəsi olmayacaq.
Daha ətraflı Audio hissədə