Keçid linkləri

2024, 10 Dekabr, çərşənbə axşamı, Bakı vaxtı 22:29

<i>«Ayna»</i>: «Hökumət xarici borclanmaya limit qoydu»


Səs: Real audio
Həmçinin müxalifət tərəfdarlarının həbsindən narahatlığını bildirir «Ayna» qəzetindəki «Hökumət xarici borclanmaya limit qoydu» başlıqlı məqalədə Namiq Sabiroğlu yazır ki, Azərbaycan hökuməti xarici borclanmaya dair yeni limit müəyyən edib. Hökumət dairələrindən aldığı məlumata əsaslanan müxbir yazır ki, belə bir limit eyni zamanda Azərbaycanın xarici borcunun həm əsas hissəsi, həm də onun üzərinə yığılan faizlər üzrə ödənişləri aparmaq üçün təyin edilib.



Məqalədə bildirilir ki, bu limitə əsasən hər il beynəlxalq maliyyə təşkilatlarından, eləcə də xarici dövlətlərdən alınan xarici borc ölkənin Ümumi Daxili Məhsulunun (ÜDM) həcmi ilə əlaqələndirilməlidir. Məsələn, hər il xaricdən alınan kreditlərin istifadə edilmə limiti ölkənin illik UDM-nin yeddi faizini aşmamalıdır.



«Üç nöqtə» qəzetindəki «Regional inkişaf daha da sürətləndirilməlidir» başlıqlı məqalədə Rəşad Sadıqov yazır ki, Beynəlxalq Valyuta Fondunun (BVF) ekspertləri ölkədə inflyasiyanın görülən işlərə kölgə saldığı qənaətindədirlər. Məqalədə bildirilir ki, BVF-nin mütəxəssislərinin fikrincə, ilk növbədə qeyri-neft sektorunda poblemlər aradan qaldırılmalıdır. Bunun üçünsə hökumət struktur islahatlarını daha da geniş miqyasda həyata keçirməli və bahalaşmanın qarşısı qəti şəkildə alınmalıdır.



Müəllif yazır ki, cari ildə inflyasiya səviyyəsinin doqquz faizlik həddə saxlanması ictimai xərclər, xüsusilə də enerji sektorunda dövlət müəssisələri vəsaitlərinin ehtiyatla idarə olunması və Milli Bank tərəfindən məhdudlaşdırılmış valyuta siyasətinin aparılması ilə əldə edilib.
XS
SM
MD
LG