Səs: Real audio
«Azərkimya» Dövlət Şirkətinin keçmiş rəhbəri dövlət əmlakını mənimsəməkdə, hakimiyyəti zorla ələ keçirməkdə, vəzifədən sui-istifadədə və kütləvi iğtişaşlarda təqsirləndirilir Oktyabrın 28-də Milli Məclis «Azərkimya» Dövlət Şirkətinin keçmiş rəhbəri, millət vəkili Fikrət Sadıqovun cinayət məsuliyyətinə cəlb olunması və həbsinə razılıq verdi. Təqdimatı parlamentə Baş prokuror Zakir Qaralov vermişdi.
Baş prokurorun birinci müavini Rustəm Usubov Fikrət Sadıqovun dövlət əmlakını mənimsəməkdə, hakimiyyəti zorla ələ keçirməkdə, vəzifədən sui-istifadədə və kütləvi iğtişaşlarda təqsirli bilindiyini dedi.
İttihama görə, cənab Sadıqov ADP sədri, eks-spiker Rəsul Quliyevlə əlbir olub və onun Bakıya qayıtması üçün 50 min dollar ayırıb.
Rəsul Quliyev isə Fikrət Sadıqovu tanıdığını, ancaq onunla hər hansı əlaqəsinin olmadığını bildirmişdi.
Fikrət Sadıqov 1992-ci ildən «Azərkimya» Dövlət Şirkətinin prezidenti olub. O, oktyabrın 24-də tutduğu vəzifədən azad edilib. Bundan bir neçə gün əvvəlsə deputatlığa namizədliyini geri götürüb. Cənab Sadıqovun namizədliyini üzvü olduğu Yeni Azərbaycan Partiyası 41 saylı Sumqayıt seçki dairəsindən irəli sürmüşdü.
Oktyabrın 28-də həmçinin Apellyasiya Məhkəməsində keçmiş Səhiyyə naziri Əli İnsanovun üzərindən həbs-qətimkan tədbirinin götürülməsiylə bağlı şikayət ərizəsinə baxılıb. Şikayət təmin olunmayıb.
Əli İnsanov oktyabrın 20-də həbs olunub. O, rüşvət almaqda, hakimiyyəti zorla ələ keçirməkdə, mənimsəmə və israfetmədə təqsirli sayılır. Məhkəmənin qərarı ilə keçmiş nazir üç ay müddətinə həbs edilib.
Oktyabrın 27-də Milli Təhlükəsizlik Nazirliyi akademik Eldar Salayevi də saxlayıb. Onun nədə şübhəli bilindiyi hələlik məlum deyil. Eldar Salayevin oğlu Elman Salayev atasının saxlanmasını siyasi sifariş sayır.
Yüksək vəzifəli şəxslərin həbsi oktyabrın 19-dan başlayıb. İndiyə qədər keçmiş İqtisadi İnkişaf naziri Fərhad Əliyev, onun qardaşı «Azpetrol» şirkətinin rəhbəri Rafiq Əliyev, Səhiyyə naziri Əli İnsanov, Prezident Aparatının İşlər müdiri Akif Muradverdiyev də daxil olmaqla 10-dan artıq vəzifəli şəxs həbs olunub.