Keçid linkləri

2024, 29 Mart, Cümə, Bakı vaxtı 05:51

<i>«Üç nöqtə»</i>: «İstifadəyə yararsız məhsullar yandırılıb»


Səs: Real audio
Benita Ferrero–Valdner: "Ölkədəki ovqat seçkilərin keyfiyyətinə mənfi təsir göstərə bilər" «Üç nöqtə» qəzetindəki «Qanunsuz gətirilən məhsullar yandırılıb» başlıqlı məqalədə Elməddin Muradlı yazır ki, ümumi miqdarı 299 min 260 qutu təşkil edən müxtəlif adda tütün məmulatları müsadirə edilib. Məqalədə bildirilir ki, Səhiyyə Nazirliyi, Bakı Şəhəri Gigiyena və Epidemiologiya Mərkəzinin verdiyi rəyə əsasən müxtəlif ölkələrin istehsalı olan tütün məmulatları standartlara cavab vermir, tərkibində fostamidlərin miqdarı normadan 1,5 dəfə yuxarıdır və istifadəyə yararsızdır. Adıçəkilən məhsullar məhv edilib.



«Azadlıq» qəzetindəki «Cəlal Əliyev də vuruldu» başlıqlı məqalədə bildirilir ki, mərhum prezident Heydər Əliyevin qardaşı, Milli Məclisin üzvü, akademik Cəlal Əliyev səkkiz saat Prezident Aparatında (PA) gözləsə də, prezident İlham Əliyevlə, yəni qardaşı oğlu ilə görüşə bilməyib. Məqalədə yazılır: «Ölkədə vəziyyət o həddə çatıb ki, bir zamanlar hökm sahibi sayılan Cəlal Əliyev də təzyiqlərə məruz qalır».



Yazıda məlumatın PA-dakı etibarlı mənbədən alındığı bildirilir və qeyd olunur ki, əvvəlcədən cənab Əliyev dövlət başçısına yaxın olan komanda üzvlərinin birindən görüşün baş tutmasına dair razılıq alıb. Amma sonradan onun məqsədi aydınlaşanda, vəziyyət dəyişib. Qəzetin yazdığına görə, Cəlal Əliyev qardaşı oğlunun son bir həftədə atdığı addımlara və qəbul etdiyi qərarlara etirazını bildirmək istəyirmiş.
XS
SM
MD
LG