Keçid linkləri

2024, 18 Aprel, Cümə axşamı, Bakı vaxtı 10:07

Avropa Birliyi «üçlüyü» Bakıda səfərdədir


Səs: Real audio
ABŞ-ın Azərbaycandakı səfiri hökuməti 11 may və 25 oktyabr sərəcamlarında irəli sürülmüş öhdəliklərin yerinə yetirilməsini davam etdirməyə çağırır Oktyabrın 27-dən 29-dək Avropa Birliyi (AB) “üçlüyü” Bakıda səfərdədir. Səfər çərçivəsində Azərbaycanın Avropa Birliyi ilə əməkdaşlıq məsələləri müzakirə olunur. “Üçlüyə” AB-ni Azərbaycanda təmsil edən Böyük Britaniya, Avstriya və Avropa Komissiyası daxildir.



“Üçlüyü” Böyük Britaniyanın Cənubi Qafqaz üzrə xüsusi nümayəndəsi Brayan Foll, Britaniya Xarici İşlər Nazirliyinin Şərq Departamentinin rəhbəri Saymon Smit, AB-nin Cənubi Qafqaz üzrə xüsusi nümayəndəsi Heyki Talvitye, Avstriya nümayəndəsi Heidi Qurer, Avropa Komissiyasından Kurt Yul təmsil edir.



Nümayəndə heyəti prezident İlham Əliyev, bir sıra nazirlər, həmçinin müxalifət partiyaları və QHT təmsilçiləri ilə görüşlər keçirəcək.



Sabah nümayəndə heyətinin mətbuat konfransı olacaq.
XS
SM
MD
LG