Keçid linkləri

2024, 22 Oktyabr, çərşənbə axşamı, Bakı vaxtı 20:00

Rino Harniş: «Müxalifət zorakılıq hallarına təhrikdən çəkinməlidir»


Səs: Real audio
ABŞ-ın Azərbaycandakı səfiri hökuməti 11 may və 25 oktyabr sərəcamlarında irəli sürülmüş öhdəliklərin yerinə yetirilməsini davam etdirməyə çağırır «Seçki prosesinin indiyə qədər qüsur və çatışmazlıqla keçməsinə baxmayaraq, hökumət, rəsmilər, namizədlər, müxalifət və seçicilər öz öhdəliklərini tam yerinə yetirsə, 6 noyabr seçkiləri ölkə üçün tarixi bir imkan yaradacaq».



Bu fikirlər ABŞ-ın Azərbaycandakı səfiri Rino Harnişin oktyabrın 27-də Gəncəyə səfəri zamanı açıqladığı bəyanatdandır.



Səfir hesab edir ki, hökumət prezident İlham Əliyevin bu ilin 11 may və 25 oktyabrında imzaladığı sərəncamlarda irəli sürülmüş öhdəliklərin yerinə yetirilməsini davam etdirməlidir: «Yerli hakimiyyət nümayəndələri müəyyən namizədlərə dəstək vermək üçün öz vəzifə və nüfuzlarından istifadə etməməlidirlər. Seçki prosesi ilə məşğul olan rəsmilər azad və ədalətli seçki keçirməyə hazır olmalıdırlar. Müxalifət bu prosesdə iştirakını davam etdirməli və zorakılıq hallarına təhrikdən çəkinməlidir».



Cənab Harniş bəyan edir ki, ABŞ və beynəlxalq ictimaiyyət yardım göstərməklə və təlimləri həyata keçirməklə bu işə dəstək vermək üçün əllərindən gələni edəcəklər: «Amma Azərbaycanın demokratiya yolunda irəliyə getməsi üçün bütün məsuliyyət sizin üzərinizə düşür».



ABŞ səfiri son günlər yüksək vəzifəli şəxslərin həbsinə də münasibət bildirib: «Onların tutulmasının yaxşı seçkilərin keçirilməsinə və irəliyə doğru addım atılmasına hər hansı çətinlik törədəcəyinə inanmıram. Amerika inanır və ümid edir ki, bu şəxslərə qarşı məhkəmə ədalətli və açıq keçiriləcək. Biz sözsüz ki, gələcəkdə bu işin necə aparılmasını izləyəcəyik».
XS
SM
MD
LG