Keçid linkləri

2024, 16 Aprel, çərşənbə axşamı, Bakı vaxtı 10:42

Həmsədrlər sülh prosesinin müsbət istiqamətdə irəlilədiyinə inanırlar


Səs: Real audio
Əmanətçilərin Hüquqlarını Müdafiə Komitəsinin sədri Mehdi Məmmədov: «Təəssüf ki, sənəd 1994-cü ilin dekabrından sonrakı dövrdə «piramida üsulu» ilə işləyən özəl banklara qoyulan əmanətlərə aid deyil» ATƏT-in Minsk Qrupunun həmsədrləri oktyabrın 24-25-də amerikalı həmsədr Stiven Mannın dəvəti ilə Vaşinqtonda Dağlıq Qarabağ münaqişəsinə dair növbəti məsləhətləşmələr aparıblar. Müzakirələrdə ATƏT-in hazırkı sədrinin Dağlıq Qarabağ üzrə şəxsi nümayəndəsi də iştirak edib.



Dövlət Departamentindən «AzərTAc» Agentliyinə bildiriblər ki, məsləhətləşmələr zamanı həmsədrlər danışıqlarda indiyədək əldə edilən irəliləyişi qiymətləndirib, ATƏT-in Xarici İşlər nazirlərinin dekabrdakı toplantısı və gələn il üçün iş proqramını tərtib ediblər.



Dövlət Departamentinin nümayəndəsi vurğulayıb ki, həmsədrlər Dağlıq Qarabağ üzrə sülh prosesinin müsbət istiqamətdə irəlilədiyinə inanırlar. ABŞ münaqişənin həlli üçün ATƏT-in səylərinə tam dəstək verməkdə davam edir.
XS
SM
MD
LG