Səs: Real audio
Əmanətçilərin Hüquqlarını Müdafiə Komitəsinin sədri Mehdi Məmmədov: «Təəssüf ki, sənəd 1994-cü ilin dekabrından sonrakı dövrdə «piramida üsulu» ilə işləyən özəl banklara qoyulan əmanətlərə aid deyil» Azərbaycan vətəndaşlarının sovet dövrü əmanətlərinin qaytarılması üçün Dövlət Komissiyası (DK) yaradılıb. Bu barədə prezident İlham Əliyevin oktyabrın 26-da imzaladığı sərəncamda deyilir. Sənədə görə, DK ölkə vətəndaşlarının 1 yanvar 1992-ci il tarixinə keçmiş SSRİ Əmanət Bankının Azərbaycan Respublikası Bankında olan əmanətlərinin indeksləşdirilməsinə hazırlıq işi aparmalıdır.
Komissiyaya tapşırılır ki, vətəndaşların həmin dövrdəki əmanət qalıqlarına kompensasiyaların verilməsini tənzimləyən müvafiq qanun layihəsini və onların ödənilmə mexanizmi barədə təkliflərini üç ay müddətində hazırlayıb prezidentə təqdim etsin.
Əmanətçilərin Hüquqlarını Müdafiə Komitəsinin sədri Mehdi Məmmədov sərəncamı müsbət qarşılayır: «Ancaq təəssüf ki, sənəd 1994-cü ilin dekabrından sonrakı dövrdə «piramida üsulu» ilə işləyən özəl banklara qoyulan əmanətlərə aid deyil». Cənab Məmmədov ümid edir ki, bundan sonra həmin şəxslərin də əmanətlərinin qaytarılması məsələsi gündəmə gələcək.
Milli Məclisin İqtisadi-Siyasət Komissiyasının sədr müavini Əli Əlirzayevsə özəl banklara dövlətin zəmanət vermədiyini deyir. Əmanətlərin indeksasiyasına gəlincə, millət vəkili deyir ki, qanun layihəsinin bir variantında əmanətlərin hesablanması o vaxtkı rublun alıcılıq dəyərinə əsasən hesablanır. Məsələn, sovet dövründə 1 rubl 1 dollara bərabər tutulurdusa, indi də əmanətləri bu cür hesablamaq olar. Yaxud həmin vaxt «Jiquli» markalı maşını qara bazarda 10 min rubla almaq olardısa, indi sözügedən minik vasitəsi 6.000 dollara satılır, yəni 10.000 rublluq əmanəti 6.000 dollarla qaytarmaq olar.
Əli Əlirzayev əmanətlərin gələn ildən qaytarılmağa başlanacağını və əsasən maliyyə mənbələrinin axtarıldığını deyir.
Millət vəkili bildirir ki, onun hesablamalarına görə, əmanətlərin qaytarılması üçün 1 milyard-1milyard yarım dollara yaxın vəsait lazımdır. Əgər hər il 40-50 milyon dollarlıq vəsait qaytarılsa, 20 ilə sovet dövrü əmanətlərini qaytarmaq olar.
Sərəncama görə, “Kapital Bank” Səhmdar Kommersiya Bankı 1 yanvar 1992-ci il vəziyyətinə əhali qrupları və yaş kateqoriyaları üzrə bank hesablarının inventarizasiyasını aparacaq və üç ay müddətində Nazirlər Kabinetinə məlumat verəcək.