Keçid linkləri

2024, 19 Aprel, Cümə, Bakı vaxtı 06:04

«Gənclər işində ictimai vəkillik»


Səs: Real audio
Prezidentin mətbuat xidmətinin yaydığı məlumata görə, oktyabrın 26-da Amerika Birləşmiş Ştatlarının vitse-prezidenti Dik Çeyni prezident İlham Əliyevə telefonla zəng edib. "Gənclər işində ictimai vəkillik" mövzusunda yeni 9-aylıq proqram gənclərə ictimai maraqların müdafiəsi və lobbiçiliklə bağlı yeni biliklər verməyi vəd edir.



Proqramı Azərbaycan "Könüllülər" İctimai Birliyi və Azərbaycan Gənclərinin İnkişafı Mərkəzi həyata keçirir.



Mərkəzin rəhbəri Anar Aslanovun sözlərinə görə, proqram çərçivəsində Zaqatala, Dəvəçi, Bilasuvar və Şəmkir şəhərlərindən seçiləcək gənc liderlər üçün dördgünlük, bu şəhərlərdən olan fəal gənclər üçün isə üçgünlük ictimai maraqların müdafiəsi və lobbiçilik işi ilə bağlı təlimlər keçiriləcək.



Bu təlimlərdə iştirak etmək istəyən gənclər dekabrın 20-dək mərkəzə müraciət etməlidir. Proqram 2006-cı il mayın 31-də başa çatacaq.
XS
SM
MD
LG