Səs: Real audio
MSK-nın növbəti yığıncağında xüsusi mürəkkəbin tətbiqi qaydalarına dair təlimat qəbul ediləcək «Nədənsə Azərbaycanda həllini gözləyən problemlərlə bağlı qərar son anda verilir»
Ölkə başçısının seçkilərin keçirilməsi ilə bağlı təxirəsalınmaz tədbirlər haqda sərəncamını həm ekspertlər, həm də müxalif düşərgə gecikmiş addım kimi qiymətləndirir və orda sadalanan bəzi məsələlərin reallaşmasının mümkün olmadığını deyirlər. Səbəb isə seçkiyə çox az vaxt qalmasıdır.
Liberal partiyanın baş katibi Əvəz Temirxana görə, prezidentin sonuncu sərəncamı daxili və xarici təzyiq altında imzalanıb. Əgər belə olmasaydı, ölkə başçısı seçkinin gedişatını dəyişə biləcək radikal bir qərar, seçki komissiyalarının tərkibinin yenidən formalaşdırılması haqda göstəriş verərdi. Və bu addımı heç olmasa, bir-iki ay öncə atardı. Komissiyaların tərkibi dəyişmədən, üstəlik də seçkiyə az qalmış belə bir sərəncamın verilməsi isə səsvermənin gedişatına az təsir edəcək.
Ekspertlərin qənaətincə, ilk baxışdan barmaqların mürəkkəblə işarələnməsi və xaricdən maliyyələşən qeyri-hökumət təşkilatlarının [QHT] seçkidə müşahidəçi kimi iştirakına icazə verilməsi müsbət haldır. Amma əslində, bu deyilənləri reallaşdırmaq mümkün olmayacaq. Çünki seçkiyə on gün qalıb.
Siyasi icmalçı Rauf Mirqədirov deyir ki, məsələn, QHT-lərin seçkini müşahidə etməsi baş tutmayacaq. Bunun üçün öncə parlament təcili toplanıb Seçki Məcəlləsinə dəyişiklik haqda qərar qəbul etməlidir. Daha sonra QHT-lər xarici qurumlara və ya dövlətlərə müraciət edərək qrant almalıdırlar. Bundan başqa, təşkilatların müşahidəçiləri seçməsi, onların hazırlanması, treninqlərin keçirilməsi və nəhayət, Mərkəzi Seçki Komissiyasında qeydiyyatdan keçməsi yetərincə vaxt tələb edir. O baxımdan da xaricdən maliyyələşən təşkilatların seçkini izləməsi bu dəfə qeyri-mümkündür.
Rauf Mirəqdirov deyir ki, təkrar səsvermənin qarşısını almaqdan ötrü gözlə görünməyən mürəkkəbdən istifadənin tətbiqi də problemsiz ötüşməyəcək. Yenə də vaxt məhduddur. Yəni gözlə görünməyən mürəkkəbi müəyyən edəcək texniki ləvazimatın alınıb gətirilməsi, paylanması və ən ümdəsi komissiya üzvlərinin təlimatlandırılması 10 gün ərzində çox çətinliklə reallaşa bilər.
Amma Rauf Mirəqdirova görə, problem bununla bitmir. Tanış olmayan və indiyədək Azərbaycanda təcrübədən keçirilməyən ləvazimatın tətbiqi seçki komissiyasında da, seçicilər arasında da mübahisə və narazılıqlara səbəb ola bilər.
Liberal partiyasının baş katibi Əvəz Temirxan isə deyir ki, gözlə görünməyən mürəkkəbin tətbiqi saxtakarlığa imkan verəcək.
Sərəncamda deputatlığa namizədlərin və ya partiyaların kütləvi aksiya keçirməsi haqda deyilənlərə gəlincə, Rauf Mirəqdirov hesab edir ki, yenə də namizədlərə müəyyən olunmuş yerlərdə aksiya və ya təşviqat keçirməyə icazə verilir.
O ki qaldı sərəncamdakı başqa məsələlərə, məsələn, deputatlığa namizədlərin şikayətlərinin araşdırılmasına, Rauf Mirqədirov deyir ki, 10 gün ərzində mübahisəli məsələləri araşdırmaq, lazımi ölçü götürmək olar. Elə ölkə başçısı özü də seçkilərlə bağlı müşavirədə qanun pozuntuları, icra strukturlarının təşviqata qoşulması haqda bəzi faktları sadalayıb. Amma qanunu pozanların cəzalandırılmasını və ya deputatlığa namizədlərin qeydiyyatının ləğvini zaman göstərəcək. Siyasi icmalçı deyir ki, seçkiyə az qalmış belə bir addım səsverməyə inamı artıra da bilər.
Əvəz Temirxan isə indiki tərkibdə olan dairə komissiyaları və ya Mərkəzi Seçki Komissiyasının ədalətli qərar qəbul edəcəyinə, şikayətlərə obyektiv yanaşacağına inanmır. Onun fikrincə, prezidentin son sərəcn