Keçid linkləri

2024, 06 Dekabr, Cümə, Bakı vaxtı 14:39

Fərhad Əliyevin üzərindən həbs götürülmədi


Səs: Real audio
Rizvan Talıbov: "Əli İnsanov azadlığa buraxılmasa, qərbi azərbaycanlılar etiraz aksiyalarına qoşula bilər Oktyabrın 26-da Apellyasiya Məhkəməsi keçmiş iqtisadi inkişaf naziri Fərhad Əliyevin üzərindən həbs-qətimkan tədbirinin götürülməsi ilə bağlı şikayət ərizəsini təmin etməyib. Bu barədə Fərhad Əliyevin vəkili Ramiz Məmmədov məlumat verib.



Fərhad Əliyev oktyabrın 19-da Cinayət Məcəlləsinin mənimsəmə və israf etmə, vəzifə səlahiyyətlərindən sui-istifadə, iğtişaşa hazırlıq, hakimiyyəti zorla ələ keçirmə maddələri ilə şübhəli şəxs qismində saxlanılıb. O, iki ay müddətinə azadlıqdan məhrum edilib.



Sabiq səhiyyə naziri Əli İnsanovun vəkilləri isə şikayət ərizəsini Apellyasiya Məhkəməsinə oktyabrın 26-da təqdim ediblər. Əli İnsanov oktyabrın 20-də həbs olunub, o, rüşvətalmada, hakimiyyəti zorla ələ keçirməkdə, mənimsəmə və israfetmədə təqsirli bilinir. O, üç ay müddətinə azadlıqdan məhrum edilib.



"Qərbi Azərbaycana Qayıdış" İctimai Birliyinin sədri Rizvan Talıbovsa oktyabrın 26-da mətbuat konfransı keçirərək Əli İnsanovun həbsini qərbi azərbaycanlılardan ibarət elektoratı hakimiyyətdən narazı salmaq cəhdi kimi qiymətləndirdi.



Rizvan Talıbov deyir ki, əgər Əli İnsanov azadlığa buraxılmasa, on minlərlə qərbi azərbaycanlı etiraz aksiyalarına qoşula bilər. O, keçmiş səhiyyə nazirinin hüquqlarını müdafiə komitəsi yaradıldığını və bu komitəyə 10-dək elm xadiminin daxil olduğunu bildirdi. Ancaq o, həmin elm xadimlərinin adlarını açıqlamadı.



Oktyabrın 26-da Mərkəzi Klinik Xəstəxananın YAP təşkilatı Əli İnsanovun zaminə buraxılmasıyla bağlı prezidentə müraciət edəcəyi gözlənilirdi. Ancaq bu tədbir təxirə salınıb. Xəstəxananın baş həkimi Ceyhun Topçubaşovsa APA agentliyinə deyib ki, Əli İnsanovla bağlı həkimlərin heç bir tədbiri nəzərdə tutulmayıb.
XS
SM
MD
LG