Keçid linkləri

2024, 10 Oktyabr, Cümə axşamı, Bakı vaxtı 00:09

<i>«Üç nöqtə»</i>: «Naxçıvanda qızıl emalı zavodu tikiləcək»


Səs: Real audio
MTN, DİN və Respublika Prokurorluğu işdən çıxarılan Prezidentin İşlər İdarəsinin sabiq müdiri Akif Muradverliyev, «Azərkimya» Dövlət Şirkətinin rəhbəri Fikrət Sadıqov və onunla çalışan Sabir Baxşəliyev, həmçinin Nəsimi rayon Polis İdarəsinin rəis müavini İlqar Rəhimzadə ilə bağlı məlumat yayıb. «Bakı Xəbər» qəzetindəki «Ramiz Mehdiyevə yaxın çevrəyə "vurulacaq" məmurların kimliyi məlumdur?» başlıqlı məqaləsində Razi Tağı yazır ki, Prezident Aparatının şöbə müdiri Əli Həsənovun yüksək çinli dövlət məmurlarının vurulması ilə bağlı srağagün verdiyi açıqlama bu məsələ ətrafındakı bəzi qaranlıq məqamlara aydınlıq gətirdi.



Müəllifə görə, Əli Həsənovun "hətta bu gün də yüksək dairələrdə müxalifətə maliyyə dəstəyi verən qüvvələr var" deməsindən belə çıxır ki, Ramiz Mehdiyevin yaxın çevrəsinə çevriliş əməliyyatının qurbanı olacaq şəxslərin kimliyi məlumdur və bu əməliyyat ssenariləşdirilib. Müəllif yazır ki, digər tərəfdən, bu fikirlər "məmur ovu" əməliyyatında Mehdiyevin xüsusi rolunu təsdiqləyir.



«Üç nöqtə» qəzetindəki «Naxçıvanda qızıl emalı zavodu tikiləcək» başlıqlı məqaləsində Rəşad Sadıqov yazır ki, gələn il "Erveinvestment" şirkəti ölkənin bir çox qızıl yataqlarında kəşfiyyat işlərini daha da genişləndirəcək.



Məqalədə bildirilir ki, Azərbaycandakı qızıl yataqlarının işlənməsi üzrə layihənin sahibi – Amerikanın "Erveinvestment" şirkəti artıq bir çox ərazilərdə fəaliyyətə başlayıb. Naxçıvan Muxtar Respublikasının Ordubad rayonundakı iki quyunun qazılması işləri tamamlanıb və digər quyularda da tamamlama işləri aparılır. Müəllif qeyd edir ki, Amerika şirkətləri Naxçıvanla yanaşı, Gədəbəydəki qızıl yataqlarında da kəşfiyyat işlərini davam etdirirlər.
XS
SM
MD
LG