Keçid linkləri

2024, 29 Mart, Cümə, Bakı vaxtı 12:08

Daha bir neçə məmur həbs edildi


Səs: Real audio
MTN, DİN və Respublika Prokurorluğu işdən çıxarılan Prezidentin İşlər İdarəsinin sabiq müdiri Akif Muradverliyev, «Azərkimya» Dövlət Şirkətinin rəhbəri Fikrət Sadıqov və onunla çalışan Sabir Baxşəliyev, həmçinin Nəsimi rayon Polis İdarəsinin rəis müavini İlqar Rəhimzadə ilə bağlı məlumat yayıb. Məlumatla bildirdi ki, bu şəxslərlə bağlı məlumatlar sabiq nazirlər – Əli İnsanov və Fərhad Əliyevin işinin araşdırılması prosesində üzə çıxıb.



Məlumatda bildirildiyinə görə, adıgedən şəxslər eks-spiker Rəsul Quliyev, sabiq nazirlər – Əli İnsanov və Fərhad Əliyevlə birgə keçmiş maliyyə naziri Fikrət Yusifovun iştirakı ilə hakimiyyətin zorla ələ keçirilməsində maraqlı olublar.



Məlumatda o da bildirilir ki, istintaqın gedişatında Akif Muradverdiyev baş prokurora ərizə ilə müraciət edib. Və hakimiyyət əleyhinə hazırlanan cinayətlə bağlı ifadə vermək istədiyini bildirib. Məlumatda qeyd olunduğuna görə, cənab Muradverdiyev ifadəsində sabiq iqtisadi inkişaf naziri Fərhad Əliyevin xidməti kabinetində onunla görüşdüyünü söyləyib. Deyib ki, sabiq nazir indiki hakimiyyətin sonuna az qaldığını, özünün və Əli İnsanovun heç nədən qorxmadığını, bu baxımdan mövcud iqtidara qarşı fəaliyyətin gücləndirilməsinin vacib olduğunu söyləyib.



Məlumatda o da vurğulanır ki, Akif Muradverdiyevin Novxanıdakı bağ evindəki axtarış zamanı külli miqdarda milli və xarici valyuta aşkarlanaraq götürülüb.



Baş verənlərlə bağlı Xızı rayon Şurabad Bələdiyyəsinin sədri Nəcəfqulu Quliyev, "Azərneftyağ" zavodunda müqavilə əsasında rəssamlıq işləri görən Sabir Baxşəliyev də saxlanıblar.



Az əvvəl DİN orqanlarından xaric edilən Nəsimi rayon Polis İdarəsinin rəis müavini İlqar Rəhimzadə bu məsələ ilə bağlı məsuliyyətə alınıb.
XS
SM
MD
LG