Keçid linkləri

2024, 27 İyul, şənbə, Bakı vaxtı 05:49

Bir qrup deputatlığa namizəd Müsavat Partiyasından çıxıb


Səs: Real audio
Prezident İlham Əliyev oktyabrın 25-də parlament seçkilərinin hazırlanması və keçirilməsilə bağlı təxirəsalınmaz tədbirlər haqqında sərəncam imzalayıb «Azadlıq» seçki blokuna daxil olan Müsavat Partiyası qurumun siyahısından kənarda namizədliyini irəli sürən partiya fəallarından ya namizədliklərini geri götürməyi, ya da sıralarını könüllü olaraq tərk etməyi tələb edib.



Partiyanın funksionerlərindən olan Arif Hacılının sözlərinə görə, başqan müavini İbrahim İbrahimli, Divan və Məclis üzvləri Rasim Musabəyov, Əli Quliyev, Aynur Camalqızı, sıravilər Eldar Quliyev və Çingiz Əliyev partiyadan çıxmaqla bağlı ərizə yazıblar.



Müstəqil namizəd kimi qeydiyyatdan keçən Ehtiram Əli və Etibar Əliyev isə namizədliklərini geri götürmək qərarı veriblər.



Arif Hacılı deyir ki, yalnız bir deputatlığa namizəd - İlham Hüseyn partiyadan xaric olunub.
XS
SM
MD
LG