Keçid linkləri

2024, 23 Aprel, çərşənbə axşamı, Bakı vaxtı 12:30

Rəsul Quliyevin növbəti cəhdi<p align=`left`><br><br>


Səs: Real audio
Eks-spiker Bakıya gəlişinin təxmini tarixini açıqladı Milli Məclisin keçmiş sədri, ADP rəhbəri Rəsul Quliyev oktyabrın 30-u noyabrın 3-ü arasında Bakıya dönəcək. Bu, eks-spikerin qayıdışını təmin etmək üçün yaradılmış Milli Komitənin oktyabrın 25-də keçirilmiş iclasında qərara alınıb. Cənab Quliyevin bu dəfə adi reyslə Azərbaycana gələcəyi bildirilir.



Oktyabrın 24-də Rəsul Quliyev keçirdiyi telekonfransda parlament seçkisinə qədər Bakıya qayıdacağını bəyan etmişdi.



Daxili İşlər nazirinin müavini Oruc Zalov isə həmin gün söyləmişdi ki, ADP sədri Azərbaycana gələcəyi təqdirdə həbs olunacaq.



Rəsul Quliyev oktyabrın 17-də Bakıya dönməyə cəhd etmişdi. Onu Londondan gətirən təyyarə həmin gün Ukraynanın Simferopol şəhərində saxlanmışdı. Oktyabrın 20-də isə Jeleznidorojnı Rayon Məhkəməsi Azərbaycanın eks-spikerin ekstradisiyası haqqında sorğusunu əsassız sayaraq təmin etməmişdi.



ADP sədri külli miqdarda dövlət əmlakını mənimsəməkdə təqsirləndirilir. O, özü isə bu ittihamı hakimiyyətin siyasi rəqibinə qarşı əsassız təqibi hesab edir.
XS
SM
MD
LG