Keçid linkləri

2024, 27 İyul, şənbə, Bakı vaxtı 06:05

<i>«Azadlıq»</i>: «Dövlət səviyyəsində reket»


Səs: Real audio
«Seçkiqabağı «dövlət çevrilişi» şousu hazırlayan bir qrup dövlət rəsmisi başqa bir qrupdan heyf çıxır» «Üç nöqtə» qəzetindəki «Quş qripi»nə qarşı profilaktik tədbirlər» başlıqlı məqalədə Sadiq yazır ki, son vaxtlar Cənub-Şərqi Asiya ölkələrində bu virusun qeydə alınması və qonşu ölkələrə sürətlə yayılması Azərbaycanda da təxirəsalınmaz tədbirlərin həyata keçirilməsi zərurətini yaradıb. Məqalədə bildirilir ki, bu səbəbdən müvafiq dövlət strukturları tədbirlər planı hazırlayırlar. Müəllif yazır ki, miqrasiya edən köçəri quşlar arasında laborator müayinələr aparılır. Ekologiya və Təbii Sərvətlər Nazirliyinin müvafiq əmri ilə quş ovuna qadağa qoyulub.



«Azadlıq» qəzetindəki «Dövlət səviyyəsində reket» başlıqlı məqalədə Fikrət Hüseynli yazır ki, hakim komanda daxilindən adnın çəkilməsini istəməyən mənbənin verdiyi məlumata görə, keçmiş Maliyyə naziri Fikrət Yusifova hələ də Mütəşəkkil Cinayətkarlığa qarşı Mübarizə İdarəsində işgəncələr verilir. O, hazır ifadələrə imza atmağa məcbur edilir. Həmçinin Səhiyyə Nazirliyinin sabiq şöbə müdiri, Əli İnsanova yaxın olduğu bildirilən Arzu Ələkbərovaya keçmiş nazirə qarşı ifadələr vermək üçün təzyiqlər edilir.



Müəllif yazır ki, bütün baş verənləri analiz edərkən bir məqam aydınlaşır; seçkiqabağı «dövlət çevrilişi» şousu hazırlayan bir qrup dövlət rəsmisi başqa bir qrupdan heyf çıxır. Hazırda cəzalandırılan Əli İnsanov, Fərhad Əliyev, Fikrət Sadıqov, Akif Muradverdiyev və digərlərindən ibarət qrupa kimin antipatiyası olmasının geniş şərhə ehtiyacı yoxdur.
XS
SM
MD
LG