Keçid linkləri

2024, 27 İyul, şənbə, Bakı vaxtı 06:24

«Azadlıq» bloku 30 oktyabra planlaşdırdığı aksiyanı təxirə saldı<p align=`left`><br><br>


Səs: Real audio
Blok noyabrın 4-də mitinq-konsertə hazırlaşır Müsavat, Demokrat, Xalq Cəbhəsi partiyalarının yaratdığı «Azadlıq» seçki bloku növbəti 10 gündə 15 bölgədə, eləcə də Gəncə, Sumqayıt və Lənkəranda mitinqlər keçirəcəyi üçün Bakıda 30 oktyabra planlaşdırdığı aksiyanı təxirə salıb.



Bu haqda Xalq Cəbhəsi Partiyasının sədri Əli Kərimli məlumat verdi. Onun sözlərinə görə, qrafik gərgin olduğundan blokun Sədrlər Şurası qərara alıb ki, paytaxtda sonuncu kütləvi aksiya noyabrın 4-də keçirilsin: «Bu, həm mitinq, həm də konsert olacaq».



Respublika stadionunda keçirilməsi planlaşdırılan mitinq-konsertdə bir sıra tanınmış xarici estrada ulduzlarının ifası da gözlənilir.



Cənab Kərimli deyir ki, bununla əlaqədar onlar Bakı Şəhər İcra Hakimiyyətinə müraciət edəcəklər. «Bu mitinq-konsert olduğu üçün yəqin ki, rədd cavabı verilməyəcək» - deyə, Xalq Cəbhəsi Partiyasının sədri söyləyir.



Müsavat Partiyasının başqanı İsa Qəmbərsə deyir ki, onlar «Yeni Siyasət» («YeS») blokunun təqdim etdiyi saziş layihəsini «nöqtəsinə, vergülünə toxunmadan günü sabah imzalamağa hazırdırlar».



Cənab Qəmbər bildirir ki, təəssüf ki, «YeS» hələ də öz qərarını verməyib və bu, onları təəccübləndirir.



Müsavat başqanı söyləyir ki, onlar hətta dairələr üzrə vahid namizədin müəyyənləşdirilməsini də müzakirə etməyə hazırdılar.



«Azadlıq» bloku indiyədək Lalə Şövkət Hacıyevanın rəhbərlik etdiyi Milli Birlik Hərəkatı ilə seçki prosesində əməkdaşlıqla bağlı saziş imzalayıb.



«Yeni Siyasət» bloku isə «Azadlıq» blokunun təqdim etdiyi layihəni bəyənməmiş, yenisini hazırlamışdı.
XS
SM
MD
LG