Keçid linkləri

2024, 19 Aprel, Cümə, Bakı vaxtı 19:59

Əli Həsənov: «Müxalifət çevrilişə hazırlaşır»<p align=`left`><br><br>


Səs: Real audio
Prezident Aparatı İctimai-Siyasi Şöbənin müdiri polisin seçki günü gücləndirilmiş rejimdə işləyəcəyini istisna etmir «Hüquq-mühafizə orqanlarında məlumat var ki, müxalifət parlament seçkisində çoxluğun səsini qazanmasa, istənilən vasitəyə əl ataraq hakimiyyət çevrilişi etməyə hazırlaşır. Bu məqsədlə şəhərdə iğtişaşlar, qarşıdurma yaradılacaq».



Bunu Prezident Aparatı İctimai-Siyasi Şöbənin müdiri Əli Həsənov deyir. O, noyabrın 6-da polisin gücləndirilmiş iş rejimində işləyəcəyini də istisna etmir.



Müsavat Partiyasının başqanı İsa Qəmbərsə deyilənləri cəfəngiyyat adlandırır.



Əli Həsənov həmçinin oktyabrın 25-də ölkə başçısı İlham Əliyevin seçkilə bağlı müşavirə keçirəcəyini də bildirir. Onun sözlərinə görə, məqsəd prezidentin bu il mayın 11-də imzaladığı «Seçki təcrübəsinin təkmilləşdirilməsi haqqında» sərəcamının yerinə yetirilməsi vəziyyəti, görülən işlərin hesabatını dinləmək və seçki ərəfəsində atılacaq addımları planlaşdırmaqdır.



Müşavirədə bəzi icra başçılarının cəzalandırılması və ya işdən çıxarılması ilə bağlı mətbuatda söylənilənlərə gəlincə, Əli Həsənov deyir ki, bu yöndə hansı qərarın qəbul olunacağı toplantıda məlum olacaq.
XS
SM
MD
LG