Keçid linkləri

2024, 21 Sentyabr, şənbə, Bakı vaxtı 06:33

Vəkil Əli İnsanov haqqındakı qərardan narazıdır


Səs: Real audio
Toğrul Babayev deyir ki, sdabiq nazirin səhhəti qaydasındadır Keçmiş Səhiyyə naziri Əli İnsanovun vəkili Toğrul Babayev Nəsimi Rayon Məhkəməsinin onun haqqında çıxardığı üç aylıq həbs-qətimkan tədbiri haqda qərarından oktyabrın 24-də apellyasiya şikayəti verib. Vəkil deyir ki, cənab İnsanovun səhhəti qaydasındadır, ona qarşı heç bir təzyiq yoxdur.



Sabiq nazir oktyabrın 20-də həbs olunub, o, rüşvət almaqda, hakimiyyəti zorla ələ keçirməkdə, mənimsəmə və israfetmədə təqsirli bilinir.



Keçmiş İqtisadi İnkişaf naziri Fərhad Əliyevin vəkili Elton Quliyevsə “Turan” İnformasiya Agentliyinə deyib ki, müdafiə etdiyi şəxs özünü təqsirli bilmir.



Cənab Əliyev oktyabrın 19-da saxlanıb. O, Cinayət Məcəlləsinin mənimsəmə və israf etmə, vəzifə səlahiyyətlərindən sui-istifadə, iğtişaşa hazırlıq, hakimiyyəti zorla ələ keçirmə maddələri ilə şübhəli şəxs qismində saxlanıb.



Bu arada Nəsimi Rayon Polis İdarəsinin rəis müavini, polis polkovnik-leytenantı İlqar Rəhimzadənin saxlanması barədə məlumatlar yayılıb. Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin əməkdaşı Ehsan Zahidov məsələdən xəbərsiz olduğunu bildirsə də, cənab Rəhimzadənin daxili işlər orqanlarından kənarlaşdırıldığını söyləyir.
XS
SM
MD
LG