Keçid linkləri

2024, 25 Aprel, Cümə axşamı, Bakı vaxtı 21:33

Ağstafadakı partlayışda ölənlərin olduğu deyilir


Səs: Real audio
İlkin məlumata görə, üç nəfər həlak olub, xəsarət alanların sayı dəqiqləşdirilir Oktyabrın 21-də Ağstafanın Qazaxla sərhəddində, Bakı-Tbilisi avtomobil yolunun kənarında yerləşən Əfqanıstan Veteranları Cəmiyyətinin metal tədarükü məntəqəsində güclü partlayış baş verib.Hələlik ölən və yaralananların sayı dəqiqləşdirilməyib, ancaq ilkin ehtimallara görə, onların sayı onlarladı. Yaralananlar arasında məktəbyaşlı uşaqların da olduğu bildirilir.



Ağstafa Rayon Polis Şöbəsindən «AzərTAc» Agentliyinə verilən məlumatda isə bildirilir ki, ilkin məlumata görə, üç nəfər həlak olub, xəsarət alanların sayı dəqiqləşdirilir: "Hadisəyə yığılan metal arasında olan mərmi gilizlərinin ehtiyatsızlıq üzündən partlaması səbəb olub".



Partlayış nəticəsində Ağstafanın digər ərazilərindəki binalara ziyan dəyib, dağıntılar olub.



«Azadlıq» radiosuna məlumat verən Ağstafa Rayon İcra Hakimiyyətinin əməkdaşı Elxan Məmmədovun sözlərinə görə, partlayış günortadan sonra, təxminən saat 5-də baş verib. Cənab Məmmədovun fikrincə, hadisəyə səbəb təhlükəsizlik qaydalarına əməl olunmamasıdır.



Faktla bağlı Ağstafa və Qazax rayonlarının hüquq-mühafizə orqanları araşdırma aparırlar.
XS
SM
MD
LG