Keçid linkləri

2024, 19 Aprel, Cümə, Bakı vaxtı 05:27

Bakıda cinayət hadisələri ötən illə müqayisədə 5.8 faiz azalıb


Səs: Real audio
Fikrət Sadıqovun həbsi haqda xəbərlər təsdiqlənmir Oktyabrın 21-də Bakı Şəhər Baş Polis İdarəsində (BŞBPİ) əməliyyat müşavirəsi keçirilib.



«AzərTAc» Agentliyinin məlumatına görə, müşavirədə bildirilib ki, qeydə alınmış cinayət hadisələrinin sayı keçən illə müqayisədə 5,8 faiz azalıb: «Ağır və xüsusilə ağır cinayətlərin artımı 2,1 faiz təşkil edib. Qəsdən adam öldürmək faktlarının sayı 12,9 faiz, xuliqanlıq hallarının sayı 20,3 faiz, dələduzluqların sayı 44,7 faiz, hədə-qorxu ilə tələbetmə 41,7 faiz, eləcə də öldürməyə və qəsdən sağlamlığa zərərvurma cəhdlərinin sayı azalıb. Doqquz ayın yekunlarına görə, paytaxtda qeydə alınmış cinayətlərin 91,2 faizinin açılması təmin olunub, ötən illə müqayisədə bu göstərici 1,3 faiz yaxşılaşıb».



Müşavirədə vuğulanıb ki, mənfi motivlərə görə 32 nəfər sıravi və kiçik rəis heyəti və 18 nəfər orta rəis heyəti əməkdaşı daxili işlər orqanlarından xaric edilib, 32 əməkdaş nazirliyin və baş idarənin əmrləri ilə tutduqları vəzifədən azad edilərək aşağı vəzifələrə təyin olunublar.



Bakı Şəhər Baş Polis İdarəsinin rəisi, general-leytenant Məhərrəm Əliyev paytaxtda qanunsuz yürüş, mitinq və piket keçirmək cəhdlərinin qarşısının alındığını və bundan sonra da ictimai asayişin pozulmasına imkan verilməyəcəyini söyləyib.
XS
SM
MD
LG