Keçid linkləri

2024, 10 May, Cümə, Bakı vaxtı 23:19
Rubrikalar

«Araz» Çempionlar Liqası ilə vidalaşdı


Səs: Real audio
Fikrət Sadıqovun həbsi haqda xəbərlər təsdiqlənmir - Futzal üzrə Çempionlar Liqası turnirinin Bosniya və Herseqovinada keçirilən ilk mərhələsi başa çatıb.



"AzərTAc"ın məlumatına görə, Azərbaycanı turnirdə təmsil edən Naxçıvanın "Araz" komandası ilk görüşü Belçika çempionu "Morlanvels" klubu ilə heç-heçə başa vurub. Növbəti oyunda meydan sahibi Bosniya və Herseqovinanın "Karaka" klubuna 4:2 hesabı ilə uduzan Azərbaycan futzalçıları son görüşdə Hollandiyanın "De Hommel" klubuna 3:0 hesabıyla qalib gələrək 4 xalla qrupda 3-cü yeri tutublar.



- Oktyabrın 23-dən noyabrın 9-dək Bakıda Azərbaycanın Müstəqillik gününə həsr edilmiş beynəlxalq şahmat turniri keçiriləcək. Turnirin ümumi mükafat fondu 14 min Amerika dollarıdır. Gənclər, İdman və Turizm Nazirliyindən verilən məlumata görə, turnirdə Türkiyə, Almaniya, Ukrayna, Özbəkistan, Gürcüstan, Rusiya, İran və digər ölkələrin şahmatçıları iştirak edəcək.



- Oktyabrın 25-də Bakıda, Əl Oyunları Sarayında Azərbaycanın qadınlardan ibarət voleybol yığma komandası italiyalı həmkarları ilə qarşılaşacaq.



- Noyabrın 15-də isə Azərbaycanın yerli voleybol komandaları arasında respublika çempionatı keçiriləcək. Voleybol Federasiyasından verilən məlumata görə, çempionatda 8 komanda mübarizə aparacaq.



- Noyabrın 11-də 11 nəfərlik heyətlə Azərbaycan boksçuları dünya çempionatında iştirak üçün Çin Xalq Respublikasına yollanacaqlar. Yarışlar noyabrın 21-dək davam edəcək.
XS
SM
MD
LG