Keçid linkləri

2024, 19 Aprel, Cümə, Bakı vaxtı 21:34
Rubrikalar

2006-cı ilin büdcə qanunu təsdiqləndi


Səs: Real audio
Əli İnsanovun evlərindən 1 milyon 289 min ABŞ dolları, 884 min avro, 25 kiloqram müxtəlif qızıl-brilyant əşyalar və kərpic formasında tökmə qızıl külçələr, çoxsaylı əmlaklara mülkiyyət hüququnu təsdiq edən sənədlər, 17 ədəd qiymətli rəsm əsəri, antik olması ehtimal edilən zinət əşyaları, Səhiyyə Nazirliyinin inzibati binasında yerləşən iş otağından 20 min ABŞ dolları və müxtəlif qiymətli əşyalar tapıldığı bildirilir - Sovet dövründən qalma əmanətlərin qaytarılması üçün gələn ilin büdcə layihəsində nəzərdə tutulan pulun məbləği artırıldı.



Hökumət deputatların bununla bağlı təklifini nəzərə aldı. Artıq təsdiqlənən 2006-cı ilin büdcə qanununa görə, əmanətlərin qaytarılması üçün nəzərdə tutulan vəsait təxminən 10 milyon dollar artırılıb və 50 milyon dollar olub. Amma bu pulun kimlərə çatacağı hələ bəlli deyil.



Millət vəkili Əli Əlirzayev bizimlə söhbətində dedi ki, ilk növbədə yaşı 75-dən yuxarı olan vətəndaşların əmanətləri qaytarıla bilər. Onun sözlərinə görə, əmanətlərin qaytarılması ilə bağlı dəqiq mexanizmin hazırlanması üzərində iş gedir və bu iş gələn ilin ilk aylarında başa çatdırıla bilər. Başqa kateqoriyadan olan vətəndaşların əmanətləri isə qarşıdakı 10-15 il ərzində ödəniləcək.



Gələn ilin büdcə qanununa başqa əlavələr də edilib. Maliyyə naziri Əvəz Ələkbərov parlamentin son iclasında dedi ki, büdcə layihəsinə son əlavələrə görə, Prezidentin İşlər İdarəsinin və Xaricdə Yaşayan Azərbaycanlılarla İş üzrə Dövlət Komitəsinin xərcləri də artırılıb.



Əvəz Ələkbərov onu da dedi ki, inflyasiyaya qarşı tədbirləri gücləndirmək üçün də əlavə pul ayrılıb. Ümumilikdə gələn ilin büdcəsi bu ilkindən təxminən 60 faiz böyükdür. Gələn ilin büdcə gəlirləri 3 milyard 700 min dollar, xərcləri isə 4 milyard dollardır. Bu illə müqayisədə gələn il ən çox tikinti xərcləri artırılacaq. Onun 4 dəfə, yəni 400 milyon dollar artırılması nəzərdə tutulur. Bu, yol çəkilişinə və 52 ədəd modul tipli elektrik stansiyasının qurulmasına yönəldiləcək.



Gələn ilin hərbi xərcləri isə iki dəfə artırılıb və 600 milyon dollar olub. Təhsil, səhiyyə və sosial təminat üzrə artım isə təxminən 20 faiz olacaq.



- Oktyabrın 21-nə olan məlumata görə, Milli Bankda 1 dollar 4 593, 1 avro 5 495, 1 rus rublu isə 160 manatdır.
XS
SM
MD
LG