Keçid linkləri

2024, 18 Aprel, Cümə axşamı, Bakı vaxtı 06:33

Murtuz Ələsgərov: «Baş verənlər hələ son deyil»


Səs: Real audio
MM sədri: «Dövlət çevrilişi, konstitusion quruluşun dəyişdirilməsilə bağlı çıxışlar qadağan edilməli, belə adamlar haqqında ölçü götürülməlidir» «Respublikada baş verən hadisələr hələ öz həllini tapmayıb». Milli Məclisin (MM) oktyabrın 21-də keçirilən iclasında spiker Murtuz Ələsgərov belə dedi. Onun sözlərinə görə, baş verənlər hələ son deyil.



Cənab Ələsgərov əlavə etdi ki, bundan sonra dövlət çevrilişi, konstitusion quruluşun dəyişdirilməsilə bağlı çıxışlar qadağan edilməli, belə adamlar haqqında ölçü götürülməlidir.



İclasın gündəliyində əsas məsələ kimi 2006-cı ilin dövlət büdcəsinin qəbul edilməsi olsa da, millət vəkilləri ölkədə baş verən hadisələrin, xüsusilə də İqtisadi İnkişaf naziri Fərhad Əliyevin saxlanılması və haqqında deyilənlərin geniş müzakirə olunmasını istədilər. Lakin spiker buna lüzum görmədi.



Keçmiş İqtisadi İnkişaf naziri Fərhad Əliyev oktyabrın 19-da prezidentin sərəncamı ilə vəzifəsindən azad edilib. O, dövlət çevrilişinə cəhddə ittiham edilir. Oktyabrın 20-də isə Səhiyyə naziri Əli İnsanov və Prezidentin İşlər müdiri Akif Muradverdiyev də tütdüqları vəzifədən kənarlaşdırılıblar. Əli İnsanovun taleyi hələ ki məlum deyil. Akif Muradverdiyev isə saxlanılması ilə bağlı məlumatları təkzib edib.
XS
SM
MD
LG