Keçid linkləri

2024, 11 May, şənbə, Bakı vaxtı 06:21

Misir Mərdanov işdən çıxarılması barədə xəbərləri təkzib edir


Səs: Real audio
«Nə vaxt ölkə başçısı belə bir sərəncam versə, siz də yayarsınız» «Bu xəbəri məndən yox, onu yayanlardan soruşmaq lazımdır». Təhsil naziri Misir Mərdanov oktyabrın 21-də Təhsil Nazirliyində "Azbuka" dərsliyinin təqdimat mərasimində jurnalistlərlə görüşündə onun tutduğu vəzifədən azad edilməsi barədə yayılan şaiyələrə münasibət bildirərkən belə deyib.



Misir Mərdanov: «Hamınız bilin ki, Azərbaycanda naziri cənab prezident təyin və azad edir. Nə vaxt ölkə başçısı belə bir sərəncam versə, siz də yayarsınız. Ona görə də belə şaiyələrə vaxt ayırmaq lazım deyil».



Təhsil naziri son günlər işdən çıxarılan nazirlərin regionçuluq faktoru ilə əlaqələndirilməsi barədə söylənənlərə, «bu, tamamilə yanlış fikirdir» - cavabını verib: «Azərbaycanın siyasətində heç zaman regionçuluq olmayıb, bu gündə yoxdur, gələcəkdə də olmayacaq».
XS
SM
MD
LG