Keçid linkləri

2024, 20 Aprel, şənbə, Bakı vaxtı 01:53

ATƏT Azərbaycandakı vəziyyətdən narahatdır


Səs: Real audio
67 deputatlığa namizəd seçki marafonundan uzaqlaşıb "Biz hökuməti parlament seçkiləri ərəfəsində təhlükəsizlik qüvvələri tərəfindən həyata keçirilən əməliyyatların vacibliyini əsaslandırmağa çağırırıq". Bu fikir ATƏT-in Bakı Ofisinin oktyabrın 19-da yaydığı məlumatda yer alıb.



Məlumatda qeyd edilir ki, qurum Azərbaycanda siyasi vəziyyətin pisləşməsi və onun seçki təbliğatına mümkün təsirindən narahatdır.



Narahatlıq doğuran hal kimi zorakılığın arması, nümayişçilərə əsassız güc tətbiq edilməsi, şübhəli saxlama və kütləvi həbs hallarının olması göstərilir. Təşkilat hesab edir ki, hadisələrin bu cür inkişafı beynəlxalq seçki strandartlarına uyğun gəlmir. Həmçinin bildirilir ki, baş verənlər 11 may prezident fərmanı ilə zididyyət təşkil edir.



Sənəddə qeyd olunduğuna görə, ATƏT son zamanlar keçirilən nümayişlərdə və bundan sonra baş verən zorakılıq, təqib və həbs hallarının istitantaqını da izləyir.
XS
SM
MD
LG