Keçid linkləri

2024, 02 Dekabr, Bazar ertəsi, Bakı vaxtı 14:28

Əsgərlərə ulaq, at və ölmüş inək əti verən şəbəkə aşkarlanıb


Səs: Real audio
Şirkət hələ oktyabrın 14-də Bakı hava limanına enmək üçün rəsmən icazə istədiyini bildirir Milli Təhlükəsizlik Nazirliyinin Xaçmaz rayon şöbəsinin əməkdaşları əsgərlərə ulaq, at və ölmüş inək əti verən şəbəkəni aşkar edib.



Xaçmaz rayon Polis Bölməsindən «Azadlıq» radiosuna verilən məlumata görə, oktyabrın 18-də rayon sakini Cabir Paşayevin evində axtarış aparılıb. Həmin şəxs Sərhəd Qoşunları Xidmətinin Təchizat İdarəsini ətlə təmin edən firmada çalışır. Hazırda həbs edilən C.Paşayev dindirmədə Xudat Sərhəd Dəstəsinə ulaq, at və ölmüş heyvanların ətinin göndərildiyini etiraf edib. Əldə edilən məlumatlara görə, onunla birlikdə bir neçə vəzifəli şəxs də bu işdə iştirak edib. Sonuncuların adları hələlik açıqlanmasa da, onların da cinayət məsuliyyətinə cəlb ediləcəyi gözlənilir. Hazırda Cabir Paşayevin evi polis nəzarətindədir.
XS
SM
MD
LG