Keçid linkləri

2024, 27 İyul, şənbə, Bakı vaxtı 05:08

Rəsul Quliyevi gətirən aviaşirkət Bakıdan eniş izni ala bilmədiyini deyir<p align=`left`><br><br>


Səs: Real audio
Şirkət hələ oktyabrın 14-də Bakı hava limanına enmək üçün rəsmən icazə istədiyini bildirir Azərbaycan parlamentinin keçmiş spikeri Rəsul Quliyevi Bakıya gətirəcək "London Executive Aviation" şirkətindən "Azadlıq" radiosuna daxil olan rəsmi məlumatda bildirilir ki, bu şirkət hələ oktyabrın 14-də Bakı hava limanına enmək üçün rəsmi icazə istəyib. Amma yalnız oktyabrın 17-də – təyyarə havaya qalxandan 20 dəqiqə sonra Bakıdan eniş üçün icazə verilmədiyi barədə cavab alıblar. Bakıdan aldıqları həmin rədd cavabını da öz məlumatına əlavə edən "London Executive Aviation" şirkətinin baş direktoru Corc Qalanopoulos yazır:



"İlk dəfə icazə üçün müvafiq strukturlara oktyabrın 14-də – sərnişinlərin tam siyası bizə veriləndə müraciət etmişik. Biz yanacaq üçün müraciət etdiyimiz Ukrayna qurumlarından cavab aldıq, Azərbaycandan yox. Həftəsonu biz bir neçə dəfə Bakı aeroportu və "Azəraeronavıqasiya" ilə əlaqə saxlamağa çalışsaq da, buna nail olmadıq.



Təyyarə Farnboro limanından UTC vaxtilə saat 06:30-da (Bakı vaxtilə 10:30-da – red.) Simferopola yola düşüb. 20 dəqiqə sonra "Azəraeronavıqasiya"dan stasionar hava məlumatı aldıq. Məlumatda Bakıda enməyimizə icazə verilmədiyi bildirilirdi. Ona görə də Simferopolda enməzdən əvvəl yüksəkdalğalı rabitə ilə bizim kapitana bu haqda məlumat verdik.



Simferopola enəndən sonra heyətimiz bizimlə əlaqə saxladı və onlara hələlik Bakıdan icazə almadığımızı bildirdik. Məncə, bu anda sərnişinlər artıq gözləmə salonuna aparılıb və orada Rasul Quliyev həbs olunub.



Bundan 30 dəqiqədən sonra biz nəhayət, Bakıdan eniş izni aldıq".



Oktyabrın 17-də axşam saatlarında «AzAL» Dövlət Konserninin prezidenti Cahangir Əsgərov isə bildirirdi ki, Simferopol aeroportundan Rəsul Quliyevi gətirən Böyük Britaniyanın çarter təyyarəsinin Bakıda enməsi üçün icazə yalnız günün ikinci yarısında istənilib. Cənab Əsgərovun sözlərinə görə, sorğuya müsbət cavab verilib, lakin bir qədər keçdikdən sonra Simferopoldan faks daxil olub ki, ADP sədri Bakıya uçmaqdan imtina edir. Cahangir Əsgərov qeyd edirdi ki, bu faks Rəsul Quliyevin vəkilinə də təqdim olunub.



Demokrat partiyasının sədri Rəsul Quliyevin işi ilə bağlı materiallar isə oktyabrın 18-də Simferopolda Jeleznodorojni rayon Məhkəməsinə təqdim olunub. Lakin sənədlər gec daxil olduğuna görə məhkəmə iclas keçirməyib. Proses oktyabrın 19-na təyin olunub. Bu barədə "Azadlıq" radiosuna Rəsul Quliyevin vəkili Nenaltovskaya İrina Pavlovna məlumat verib.



Məhkəmə Rəsul Quliyevin Azərbaycana təhvil verilməsi ilə bağlı işə baxmayıb. Sadəcə işi icraata qəbul edib.



Vəkil İrina Nenaltovskaya Rəsul Quliyevlə görüşmək və materialla tanış olmaq üçün prokurorluğa müraciət etdiyini bildirdi.



Vəkil hakimin prokurorla görüşünə buraxılmadığını da bildirdi. Vəkilin sözlərinə görə, Ukrayna tərəfi Rəsul Quliyevi Azərbaycan hüquq-mühafizə orqanlarının iddiası əsasında saxlayıb.



Simferopolda olan Rəsul Quliyevin qohumu – İlqar Quliyevin vediyi məlumata görə isə, o, məhkəmə binasında Azərbaycan prokurorluğunun nümayəndələrini görüb. Onun sözlərinə görə, nümayəndələr hakimlə görüşüblər.



Hazırda Rəsul Quliyev Simferopolun Jeleznodorojni rayon Məhkəməsinin tədricxanasında saxlanılır.



Rəsul Quliyevin oğlu – Pərvin Quliyev "Azadlıq" radiosuna müsahibəsində vəkilin dediklərini təsdiq edib. O, atasının azad olunması üçün ABŞ rəsmilərinə müraciət etdiyini bildirdi.



Eks-spiker Rəsul Quliyev 1996-cı ildə Azərbaycanı tərk edib. Onun haqqında 2000-ci ildə həbs-qətimkan tədbiri seçilib. ADP sədri 100 milyon ABŞ dollarından artı
XS
SM
MD
LG