Keçid linkləri

2024, 12 Noyabr, çərşənbə axşamı, Bakı vaxtı 22:30

Azərbaycanda müstəqilliyin ildönümü qeyd olunur


Səs: Real audio
Vurğun Əyyub: «Azadlıq» bloku yaxın günlərdə bu məsələni müzakirə etmək niyyətindədir» Azərbaycanda dövlət müstəqilliyinin ildönümü bayram günü olsa da, paytaxtda rəsmi tədbirlər keçirilməyib. Hakim Yeni Azərbaycan Partiyasından bildirirlər ki, onlar müstəqillik gününü Bakıda və yerli təşkilatlarında qeyd ediblər. «Azadlıq» seçki blokuna daxil Müsavat, Demokrat və Xalq Cəbhəsi partiyalarının rəhbərləri isə şimal bölgəsinə səfərlərindəki çıxışlarında bu günü qeyd ediblər. Bunu «Azadlıq» radiosuna müsahibəsində ADP funksioneri Aydın Quliyev dedi.



Azərbaycanın xarici ölkələrdəki 40-a yaxın diplomatik nümayəndəliklərində də müstqillik günü qeyd olunur. Bu haqda Xarici İşlər Nazirliyinin İnformasiya İdarəsinin rəisi Tahir Tağızadə məlumat verdi.



Müstəqillik aktının hazırlanması və qəbulunda iştirak edən keçmiş deputat Mürşüd Məmmədlini isə bu günə olan indiki münasibət qane etmir. O, hazırda Azərbaycanda müstəqil dövlət dəyərlərinin yüksək səviyyədə olmadığını bildirir.



«Dövlət müstəqilliyi haqqında Konstitutsiya Aktı» 1991-ci il oktyabrın 18-də qəbul olunub.
XS
SM
MD
LG