Keçid linkləri

2024, 29 Mart, Cümə, Bakı vaxtı 06:40

İqtidar Rəsul Quliyevin qayıdışından niyə narahatdır?


Səs: Real audio
Simferopol Nəqliyyat Polisinin hava limanı bölməsinin rəisi Andrey İvantsov: «Əgər inandırıcı məlumatlar əldə etməsək, onu istədiyi istiqamətə yola salacağıq» ADP liderinin Bakıya qayıdışından hökumət lazım olandan artıq narahat olur



Bu fikir həm müxalifət, həm hakimiyyət, həm də sadə insanlar arasında səslənir. Hətta hakimiyyətin hadisəni şişirtməklə səhv addım atdığını, onu qəhrəmana çevirdiyini deyənlər də var. Belə ki, bu şişirtmənin əks-effekt verdiyi, sadə insanlar arasında Rəsul Quliyevə rəğbətin artdığı da görünür.



Politoloq Zəfər Quliyev ölkədə qeyri-rəsmi fövqəladə vəziyyət elan olunması təsəvvürünün yarandığını və əslində, seçki prosesinin pozulduğunu deyir.



Zəfər Quliyev eks-spikerin Azərbaycana qayıtmasıyla bağlı hadisələrin qabardılmasının əslində, bu ölkənin imicinə ziyan vuracağını, beynəlxalq təşkilatların mənfi reaksiyasına səbəb olacağını deyir.



Hakim YAP-dan Sadiq Qurbanovsa ADP lideri ilə bağlı güc strukturlarının tədbirli tərpənməsini təbii sayır:



"Mən də hesab edirəm ki, onu camaatın gözündə adiləşdirib həbs etmək daha effektli olardı. Ancaq məsləhət belədirsə, qoy belə olsun".



Siyasi icmalçı Rauf Mirqədirov düşünür ki, hakimiyyət Rəsul Quliyevin qayıdışı ətrafında bu qədər səs-küy yaratmamalıydı, bu bir taktiki səhv oldu:



"Hər şey daha sakit ola bilərdi... Rəsul Quliyevi ölkəyə buraxmaq, ölkədən çıxıb getməməsi haqqında ondan yazılı iltizam almaq olardı. Rəsul Qliyevlə bağlı cinayət işi də davam edərdi, o, istintaqa könüllü olaraq ifadələr verərdi. Eyni zamanda doğrudan da onun hərəkətlərində cinayət əməli varsa, məhkəmə prosesinə hazırlıq gedərdi".



Politoloqlar arasında ADP liderinin hazırda siyasi təsir imkanlarının olduğunu deyənlər də var, onun gəlişini müxalifətin digər liderləri üçün ümid işığı kimi qələmə verənlər də.



Siyasi icmalçı Rauf Mirqədirov vaxtilə mərhum prezident Heydər Əliyevin komandasında ikinci şəxs olan Rəsul Quliyevin siyasi əlaqələri olduğunu deyir. Onun fikrincə, bürokratiyanın, məmurların bir hissəsi ADP liderinə meyllidir. Digər tərəfdən, Rəsul Quliyev mühacirətdə olan müxalifət lideri kimi insanlarda rəğbət doğurur.



Politoloq Zəfər Quliyev də bu fikirdədir ki, Rəsul Quliyevin maddidən çox siyasi təsir imkanları böyükdür və o, hətta hakimiyyət daxilində zidiyyətləri dərinləşdirə bilər:



"Hakimiyyətin daxilində ciddi ziddiyyətlər var və Rəsul Quliyevin gəlişi həmin ziddiyyətləri dərinləşdirə bilər. Doğrudan da hakimiyyətin daxilində ümumi xətti poza bilərdi. Ancaq hakimiyyətin atdığı indiki addımlar əslində, Rəsul Quliyevin siyasi təsir imkanlarını daha da artırır..."



Politoloq Azərbaycan müxalifətinin birləşdiyini, möhkəmləndiyini deyir və Rəsul Quliyevin gəlişinin müxalifətdə parçalanma yaradacağı fikrini qəbul etmir.



YAP-dan Sadiq Qurbanovsa deyir ki, Rəsul Quliyevin Azərbaycana qayıdışı iqtidarda deyil, müxalifətdə parçalanma yarada bilər:



"İqtidarın daxilində heç bir parçalanma ola bilməz. Çünki iqtidar monolitdir..."



Sadiq Qurbanovun fikrincə, son prezident seçkisindən sonra tamamilə məhv olmaqda olan müxalif qüvvələr Rəsul Quliyevin fonunda dirçəlməyə ümidlidir.



Baş prokuror Zakir Qaralov ötən həftə deyib ki, AXCP və Musavat liderləri Rəsul Quliyevin qayıdışından ictimai-siyasi sabitliyin pozulması üçün istifadə etmək istəyir. Çünki onların uğursuz seçkiqabağı kampaniyası göz önündədir.



Rəsul Quliyev külli miqdarda dövlət əmlakını talamaqda ittiham olunur. O, "Azərneftyağ" zavodunun direktoru i
XS
SM
MD
LG