Keçid linkləri

2024, 27 İyul, şənbə, Bakı vaxtı 05:10

Naxçıvanda icazəli mitinq keçirildi


Səs: Real audio
Mitinqdə noyabrın 6-dək hər həftə aksiya keçiriləcəyi elan edildi İki ay fasilədən sonra – oktyabrın 16-da Naxçıvan şəhərində azad seçki tələbi ilə növbəti icazəli aksiya keçirildi.



Xalq Cəbhəsi partiyası [AXCP] Muxtar Respublika təşkilatının təşkil etdiyi aksiya partiya binası qarşısından yürüşlə başlandı. Mitinq yürüşü ATƏT-in Muxtar Respublikada fəaliyyət göstərən uzunmüddətli seçki müşahidəçiləri də izləyirdilər. Mitinq Naxçıvan şəhər İcra Hakimiyyətinin də təyin etdiyi kimi şəhər avtovağzalının qarşısında keçirildi. İştirakçılar əllərində Azərbaycan bayraqları ilə yanaşı, narıncı bayraqlar da tutmuşdular. İnsidentsiz keçən mitinqi Naxçıvan şəhər Polis Şöbəsinin əməkdaşları kənardan izləyirdilər.



AXCP Naxçıvan təşkilatının sədri Asəf Quliyevin bildirdiyinə görə, bugünkü mitinqdə daha çox adamın iştirak etməsi planlaşdırılırdı. Onun sözlərinə görə, rayonlardan, xüsusilə də Culfa və Sədərək rayonlarından gələn müxalifətçilərin qarşısı polis əməkdaşları tərəfindən kəsilib və onlar geri qaytarılıblar.



Mitinqin sonunda seçki gününün sonunadək hər həftə aksiya keçiriləcəyi elan edildi. 12 il fasilədən sonra Muxtar Respublikada müxalifətçilərin ilk icazəli mitinqi bu il iyulun 26-da keçirilmişdi. O vaxtdan müxalifət nümayəndələri dəfələrlə şəhər rəhbərliyinə mitinq keçirilməsi ilə bağlı müraciət etsələr də, buna icazə verilmirdi.
XS
SM
MD
LG