Keçid linkləri

2024, 18 Aprel, Cümə axşamı, Bakı vaxtı 13:41

<i>«Üç nöqtə»</i>: «Azərbaycanda şəhər inkişafının poblemləri və yeni strategiya»


Səs: Real audio
«Seçkiqabağı yürüş-mitinqlərin keçirilməsinə qoyulan qadağalar prezidentin 11 may tarixli sərəncamına ziddir» «Üç nöqtə» qəzetindəki «Azərbaycanda şəhər inkişafının poblemləri və yeni strategiya» başlıqlı məqalədə Səxavət yazır ki, şəhərlərin böyüməsi inkişaf etməkdə olan ölkələrdə ciddi şəkil alıb. Bir sıra ölkələrin hökumətləri böyük şəhərlərin problemlərinə yalnız regional əks-mərkəzləşmə baxımından diqqət yetirirlər. Məqalədə bildirilir ki, Azərbaycanda şəhər idarəetməsinin ümumi vəziyyəti son 25 ildə müsbətə doğru dəyişib. Şəhərlər arasında bağlılıq yaranıb, onlar iqtisadiyyata daha böyük stimul verirlər.



«Xalq Cəbhəsi» qəzetinə müsahibəsində tanınmamış Quzey Kıprıs Türk Cumhuriyyətinin (QKTC) Azərbaycandakı nümayəndəsi Mustafa Evran deyib ki, onların dünyaya tək çıxış yolu Türkiyə ilə mümkündür. Yunanıstan Kipri digər ölkələrlə, o cümlədən Azərbaycanla əlaqələr qurmağımıza mane olmağa çalışır. Cənab Evran deyir ki, Yunanıstan və yunan Kipri türk Kipri ilə əlaqə saxlamaq istəyən ölkələri şantaj etmək istəyirlər.



Bu halın 50 ilə yaxındır ki, davam etdiyini bildirən M.Evran Kıprıs türklərinin dünya ilə inteqrasiya istiqamətində əllərindən gələn səyləri əsirgəmədiyini söyləyir. O, həmçinin Kuzey Kıprıs pasportlarının Azərbaycanda tanınmamasından da təəssüfləndiyini deyir.
XS
SM
MD
LG