Keçid linkləri

2024, 16 Aprel, çərşənbə axşamı, Bakı vaxtı 12:52

«Azadlıq» bloku Gəncədəki qərargahının dağıdıldığını deyir


Səs: Real audio
«Seçkiqabağı yürüş-mitinqlərin keçirilməsinə qoyulan qadağalar prezidentin 11 may tarixli sərəncamına ziddir» Oktyabrın 13-dən 14-nə keçən gecə Gəncədə Müsavat, Xalq Cəbhəsi və Demokrat partiyalarının yaratdığı «Azadlıq» seçki blokunun qərargahı dağıdılıb.



Bu haqda məlumatı «Azadlıq» radiosuna ADP-nin Gəncə təşkilatının rəhbəri Əli Həsənov verdi. Onun sözlərinə görə, qərargah polis idarəsinin yaxınlığında yerləşsə də, ofisin dağıdılması asayiş keşikçilərinin diqqətini cəlb etməyib.



Blok hadisə ilə bağlı bəyanat yayıb, Mərkəzi Seçki Komissiyasına müraciət edib.



Gəncə Şəhər Polis İdarəsinin rəis müavini İlqar Balakişiyev isə bu haqda onlara məlumat daxil olmadığını deyir.
XS
SM
MD
LG