Keçid linkləri

2024, 25 Aprel, Cümə axşamı, Bakı vaxtı 08:41

Gənclərin IV Forumu başa çatdı


Səs: Real audio
«Seçkiqabağı yürüş-mitinqlərin keçirilməsinə qoyulan qadağalar prezidentin 11 may tarixli sərəncamına ziddir» "Gənclər üçün lazımi sosial-iqtisadi şəraitin yaradılması bundan sonra da davam etdiriləcək və mən əminəm ki, ipoteka haqqında qanun gənclərin mənzil problemini həll edəcək".



Bunu prezident İlham Əliyev "Respublikanın sosial-iqtisadi inkişafında gənclərin yeri və rolu" mövzusunda Azərbaycan Gənclərinin IV Forumunun yekun iclasında deyib:



"Gəncləri narahat edən bir problem də ev problemidir. Çalışırıq ki, imkan daxilində bu məsələyə öz köməyimizi göstərək və əminəm ki, bu yaxınlarda ipoteka kreditləşməsi haqqında atılmış addımlar bu istiqamətdə çox ciddi dönüş yaradacaq. İpoteka yolu ilə yeni mənzillərin alınması mümkün olacaq. Bu məqsədlə müəyyən vəsait ayrılıb və bizim iqtisadi imkanlarımız genişləndikcə, daha böyük vəsait ayrılacaq".



Heydər Əliyev adına Respublika Sarayında keçirilən tədrirdə çıxış edən gənclər, idman və turizm naziri Əbülfəz Qarayev isə 2003-cü ilin oktyabrından 2005-ci ilin oktyabrınadək olan dövr ərzində forum çərçivəsində görülən işlərdən danışıb:



"Gənclərin III Forumundan keçən müddətdə respublikada 300 mindən artıq yeni iş yeri açılıbdır ki, buraya cəlb olunanların təxminən 70 faizi gənclərdir".



Tədbirdən sonra "Qəbələ" kinoteatrının qarşısında bir neçə gənclər təşkilatının təşəbbüsü ilə yürüş-mitinq keçirilib. İki saat davam edən yürüşdə gənclər "Prezident İlham Əliyevə dəstək", "Gənclərin asudə vaxtlarını daha səmərəli keçirməsi üçün dövlət proqramı qəbul edilsin", "Sabitliyi qorumaq üçün müxtəlif dövlət proqramları həyata keçirilsin" və digər şüarlar səsləndiriblər.
XS
SM
MD
LG